Maarifləndirici seminar - “Pediatrik və terapevtik xəstələrdə sidik yolu infeksiyaları”
22.04.2022 11:39
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 3 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) “Pediatrik və terapevtik xəstələrdə sidik yolu infeksiyaları” mövzusunda maarifləndirici seminar keçirilib.
 
Aztibb.az-ın məlumatına görə, seminarda Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan ASM-lərin pediatr və terapevtləri iştirak ediblər.
 
Tədbirdə 3 nömrəli ASM-in pediatrı Günay İsmayılzadə və terapevt Nazilə Məmmədova müvafiq mövzuda təqdimatla çıxış ediblər.
 
Təqdimatda ailə həkiminin (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) vəzifə və funksiyalarından danışılıb. Bildirilib ki, ailə həkimi sığortaolunanlara ilkin səhiyyə xidmətləri göstərən həkimdir.
 
Həmçinin sidik yollarının infeksiyasına səbəb olan amillərdən söz açılıb, problemlər və çıxış yollarından bəhs edilib.
 
Bu sahədə mövcud olan xəstəliklərin kliniki protokolları və yeni yanaşmaları seminar iştirakçılarının diqqətinə çatdırılıb.
 
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib