İnfarkt olduğunuzu necə anlaya bilərsiniz?
22.04.2022 11:26
İnfarkt bəzən mədə nahiyəsində ağrılarla müşayiət olunur və mədə ağrısı ilə səhv salınır.
 
Aztibb.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bildirib ki, infarktın ilk göstəricisi şiddətli ağrıdır. Ani ağrı döş qəfəsində yanma və göynəmə hissi yaradır.
 
Həkim eyni zamanda insanları aşağıdakı əlamətləri hiss etdikdə diqqətli olmağa və həkimə müraciət etməyə çağırıb. 
 
- Ağrı hər iki qola, həmçinin kürək nahiyəsinə yayıla bilir;
- Nəfəs darlığı yaşanır;
- Arterial təzyiq normadan aşağı düşə və ya həddindən artıq çox yüksələ bilir;
- Ürəkbulanma və qusma, baş gicəllənmə əlamətləri olur.
 
Həkim əlavə edib ki, təcili yardımı gözləyərkən bilinməyən dərman vasitələri qəbul etmək mənfi nəticələrə gətirib çıxara bilər, bu anda sadəcə aspirin içmək olar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub