Sağlamlığı necə qorumalı? - Həkimlərin yaşı 60-dan yuxarı olan insanlara TÖVSİYƏLƏRİ
22.04.2022 15:14

60 yaşdan sonra insanlar sağlamlıqlarını uzun müddət qorumaq üçün bir sıra vacib qaydalara əməl etməlidir.

 

Aztibb.az medikforum.ru saytına istinadla həkimlərin yaşı 60-dan yuxarı olan insanlara tövsiyələrini təqdim edir.

 

Eşitmə itkisini diqqətdə saxlayın.

 

Ətrafınızdakı insanlar çox yüksək səslə danışdığınızı görüblər, yaxud onlardan dediklərini təkrar etmələrini və ya daha yüksək səslə danışmalarını xahiş etmisiniz? Belə hallar sizi narahat edirsə, bu dəyişikliyə laqeyd yanaşmayın, çünki eşitmə itkisi yüksək demansiya riski deməkdir. Eşitmə zəiflədikdə, beyin sağlam qalmaq üçün lazım olan səs stimulyasiyasını almır.

 

Siqaret çəkməyə başlamayın və ya bu zərərli vərdişi tərgidin.

 

Siqaret də demansiyaya qarşı həssaslığı artırır, çünki bu, bədəndə və beyinə çatan qan damarlarında iltihablı reaksiyaya səbəb olur.

 

Depressiya əlamətlərini görməzlikdən gəlməyin.

 

Depressiya və ya narahatlıq kimi müalicə olunmayan digər psixi sağlamlıq problemlərinə tez-tez koqnitiv geriləmə və demansiyası olan yaşlı insanlarda rast gəlinir.

 

Aşağıdakı simptomlardan hər hansı biri varsa, həkimlə məsləhətləşmək lazımdır:

 

- Daimi olaraq depressiya, kədər hissi;

- Yataqdan qalxma problemləri  (insan oyandıqdan sonra uzun müddət yatağın içində qalır) ;

- Hobbilərə, əvvəllər həzz aldığınız fəaliyyətlərə marağın itməsi;

- Yuxu pozğunluqları: həddindən artıq yuxululuq və ya qeyri-kafi yuxu;

- Konsentrasiya problemləri, daim diqqətsizlik;

- İştahın pozulması.

 

Özünüzü cəmiyyətdən təcrid etməyin.

 

Yaşlandıqca biz tez-tez özümüzü daha çox təcrid olunmuş hesab edirik. Həkimlər düşünür ki, bu, demansiya riskini artırır. Beynimiz stimul almaq üçün qarşılıqlı sosial əlaqəyə ehtiyac duyur. Bu səbəbdən 60 yaşdan yuxarı insanlar üçün sosiallaşmaq vacib məsələdir.

 

Hərəkətsiz olmayın.

 

Hərəkət və məşq qan damarlarımıza və beynimizə müsbət təsir edərək, iltihabı azaltmağa kömək edir. 65 yaşdan sonra insanlar beyin sağlamlığını qorumaq üçün həftədə 5 dəfə orta hesabla 30 dəqiqə idmanla məşğul olmalıdırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub