Dializə başlayanlar bunları bilməlidir! 
22.04.2022 10:17
Dializ müalicəsi alan hər bir pasiyentin düzgün qidalanma proqramından (pəhriz) faydalanması üçün həkimlə konsultasiyası məsləhət görülür.
 
Aztibb.az xəbər verir ki, bu barədə nefroloq Barat Yusubov sosial şəbəkədə paylaşım edib. 
 
Həkim qeyd edib ki, dializ alan pasientlərin həyatını rahat davam etdirməsində düzgün qidalanma ən vacib yerlərdən birini tutur. Dializ böyrəklərin funksiyasını yerinə yetirir. Amma bilirik ki, dializ, bu işi, sağlam bir insanın böyrəyi qədər yaxşı yerinə yetirə bilməz. Nəticə etibarilə, orqanizmdəki artıq və zərərli maddələr tam olaraq təmizlənməsi mümkün olmur.
 
"Dializ alan pasient, düzgün qidalanırsa, bu zaman orqanizmdə zərərli maddələr daha az toplanır və meydana çıxa biləcək şikayətlər də (bulantı, qusma, qan təzyiqin yüksəlməsi, nəfəs darlığı) qismən də olsa, azalır, - deyə bildirən B.Yusubov əlavə edib ki, sağlam insanlarda olduğu kimi, dializ xəstələri də lazım olan enerjini ilk öncə karbohidrat və yağlardan alır.
 
Həkimin bildirdiyinə görə, əgər lazımi miqdarda kalorini verə bilən məhsullar qəbul edilməzsə, o zaman vücud enerji ehtiyacını qarşılamaq üçün orqanizmin təməl ehtiyatlarına üz tutur. Buna bağlı olaraq isə, pasientlərdə halsızlıq, zəiflik və infeksiyalara qarşı həssaslıq kimi hallar meydana çıxa bilər. 
 
Dializ alan pasientə qidalanma proqramı hazırlanarkən, onun qan analizlərinə baxılmalı, böyrək xəstəliyindən başqa hər hansı başqa sağlamlıq problemlərinin - şəkərli diabet, qaraciyər və ürək-damar problemlərinin olub olmaması da nəzərə alınmalıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev