Darçın həzm və mədə problemlərinin həllinə kömək edir
22.04.2022 09:39

Çin təbabətində ənənəvi bir dərman olaraq istifadə edilən darçın həzm və mədə problemlərinin həllinə kömək edir.

 

Bir çox xəstəlik üçün xeyirli olan bu qida mütləq istehlak edilməlidir. Darçın şəkər xəstəliyi kimi bir çox problemlərlə mübarizə aparmağa kömək edir. Aparılan araşdırmalarla darçının yüksək qan təzyiqini aşağı saldığı sübut olunmuşdur. Maddələr mübadiləsini tənzimləyən təsirə malik olduğu üçün piylənməyə qarşı mübarizədə kömək edir. Göbələk, bakteriya və virusların səbəb olduğu xəstəliklərə qarşı bədən müqavimətini artıran darçın, orta əsrlərdə dərman olaraq istifadə edilmişdi. Kandida göbələyinin müalicəsində də çox təsirlidir.

 

Aztibb.az tibbi saytlara istinadla bildirir ki, darçın immunitet sistemini də gücləndirir, əzələ ağrılarının müalicəsində istifadə olunur. Tədqiqatlar darçının bir çox antioksidant maddələrə malik olduğunu göstərir. Bu maddələr xərçəng və digər xəstəliklər riskini azaldır. Göz xəstəliklərinin müalicəsində, eyni zamanda quru gözlər üçün də faydalıdır. Bütün bu xüsusiyyətləri ilə darçın qədim dövrlərdə qızıldan daha qiymətli idi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub