ÜST yüngül və orta dərəcəli COVID-19-un müalicəsi üçün tövsiyələr verib
22.04.2022 08:19

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nirmatrelvir və ritonavir dərmanlarını ağır xəstəliyin inkişaf riski yüksək olan xəstələrdə yüngül və orta dərəcədə koronavirusun müalicəsi üçün tövsiyə edib.


Aztibb.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbər verib.


Qeyd olunub ki, bu tövsiyə 3000-dən çox xəstə ilə aparılan iki tibbi araşdırmaya əsaslanıb:

 

"ÜST xəstəxanaya yerləşdirmə riski yüksək olan yüngül və orta dərəcəli COVID-19 xəstələri üçün "Paxlovid" adı altında satılan nirmatrelvir və ritonaviri şiddətlə tövsiyə edib". Təşkilatdan bildiriblər ki, bu dərman ağır xəstəliyin inkişaf riski yüksək olan xəstələr, o cümlədən peyvənd olunmayanlar, həmçinin yaşlı insanlar və immuniteti zəif olanlar üçün "hazırda ən yaxşı terapiya seçimidir".


Tədqiqatlar göstərib ki, bu dərmanı qəbul etmək xəstəxanaya yerləşdirmə riskini 85% azaldır. Bununla belə, ÜST "aşağı riskli" xəstələrdə nirmatrelvir və ritonavir qəbul etməməyi tövsiyə edir, çünki tədqiqatlar bu halda bu dərmanın faydasının "cüzi" olduğunu göstərib

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır