"Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda beynəlxalq elmi konqres keçiriləcək
26.04.2022 22:15
5 may 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, eləcə də “EGİS Pharmaceuticals PLC”, “Eva Farm” və “Gedeon Richter” şirkətlərinin əməkdaşlığı ilə "Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda beynəlxalq elmi konqres keçiriləcək.
  
Aztibb.az-ın xəbərinə görə, konqres 5 may - Beynəlxalq Mama Gününə həsr olunacaq. Hibrid formatda baş tutacaq tədbirdə “Antenatal xidmət və hamiləlikdə ürək xəstəlikləri”, “Hamiləlik və daxili xəstəliklər”, “Hamiləlikdə endokrin, qan xəstəlikləri və psixi status”, “Hamiləlikdə infeksiyalar və cərrahi patologiyalar” başlıqlı 4 paneldə Azərbaycan, Türkiyə və Britaniyanın yüksəkixtisaslı mütəxəssisləri tərəfindən hazırlanmış ümumilikdə 16 məruzə dinləniləcək. Konqres panel müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəkildə aparılacaq.
 
Tədbir proqrama uyğun olaraq xüsusilə mama-ginekoloq, kardioloq, endokrinoloq, damar-cərrahı, ümumi cərrah, infeksionist, hematoloq, psixiatr, onkoloq, nefroloq, anestezioloq-reanimatoloq, pediatr və neonatoloq ixtisasına malik həkimlər üçün nəzərdə tutulub.
 
Elmi konqres əyani olaraq Baku Marriott Boulevard otelində, distant formada isə "ZOOM" platforması üzərindən keçiriləcək. Tədbirdə iştirak ödənişlidir!
 
Əyani iştirak edəcək həkimlər üçün Konqresdə iştirak haqqı 100 AZN, əyani iştirak edəcək rezidentlər üçün 50 AZN təşkil edir. Distant iştirak haqqı isə 20 AZN-dir.
 
Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 8 DTT balı və sertifikat veriləcək.
 
Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/LsjH6jNrudqGVTnt6
 
 
Ödəniş etmək üçün link: https://abblink.az/merch/customshospital
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib