Bu əməliyyat ailələri boşanmaqdan xilas edə bilər - DİQQƏT!
21.04.2022 14:37

İstənilən ailədə tərəflərin şəxsi xüsusiyyətləri ilə yanaşı, fiziki əlaqə də önəmli yerlərdən birini tutur. Uzun illər ərzində Azərbaycanda cütlüklər intim həyatları ilə bağlı problemləri üzə çıxarıb həll etmək əvəzinə bunu ayıb sayaraq ayrılmağa, boşanmağa üstünlük veriblər. Həkimlər bu sahədəki problemlərin bir çoxunun müalicə və əməliyyat yolu ilə tamamilə aradan qaldırıla biləcəyini deyirlər.

 

Aztibb.az xəbər verir ki, bu yaxınlarda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında icra olunan əməliyyat da gənc bir ailənin şəxsi münasibətlərini xilas edib.

 

ATU-nun II mamalıq-ginekologiya kafedrasının həkimi, t.ü.e.d. Nərgiz Şəmsəddinskayanın sözlərinə görə, 30 yaşlı xanım cinsi əlaqə zamanı diskomfort hiss etməsi ilə bağlı həkimə müraciət edib.

 

“Qadın həm də sidik saxlamamasından şikayət edirdi. Müayinə zamanı xəstədə uşaqlıq yolunun ön-arxa divarının sallanması aşkar olunduğuna görə, bu problemi əməliyyat yolu ilə aradan qaldırılmasına qərar verildi. Müvafiq kliniki müayinələrdən sonra əməliyyat aparıldı”.

 

Həkim N.Şəmsəddinskaya bildirib ki, belə əməliyyatlar adətən bir saat yarım davam edir və xüsusi riskli deyil. Xəstələrin reabilitasiyası da rahat olur. Sadəcə ilk 10 gün ərzində oturmada problemlər olur. Əməliyyatdan 2 ay sonra artıq cinsi əlaqəyə də icazə verilir.

 

Doktorun sözlərinə görə, bu növ əməliyyatlar üçün müraciətlər çoxdur. Uşaqlıq yolunun ön-arxa divarının sallanması hər yaş həddinə uyğun xanımlarda müşahidə olunur. Bu hallara qəbzliyi, xroniki öskürəyi olan, kökəlib arıqlayan qadınlarda daha çox rast gəlinir. Belə xəstələr adətən cinsi əlaqədən həzz ala bilmirlər, anorqazm yaşayırlar. Bu tip əməliyyatlardan sonra 95% xəstələrdən həmin hiss də bərpa olunur ki, bu da ailələrdəki problemlərin həllinə kömək olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub