Həkim mama-ginekoloq Pərvin Adıgözəlova fəaliyyətini Kliniki Tibbi Mərkəzdə davam etdirəcək
21.04.2022 10:33
Həkim mama-ginekoloq Pərvin Adıgözəlova Kliniki Tibbi Mərkəzin Ginekologiya və doğum şöbəsinin həkim mama-ginekoloqu vəzifəsinə təyinat alıb.
 
P.Adıgözəlova 1989-cu il 11 dekabr tarixində Bakı şəhərində anadan olub. 1996-2007-ci illərdə Bakı şəhər 20 saylı orta məktəbdə təhsil alıb və fərqlənmə ilə məzun olub.
 
2007-2013-cü illərdə Azərbaycan Tibb Universitetində (ATU) Müalicə işi və profilaktika fakültəsində təhsilini davam etdirib. Prezident təqaüdçüsü olub.
 
2013-2019-cu illərdə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitunda Rezidentura təhsilini davam etdirib. Həmin institutda həkim-rezident kimi fəaliyyət göstərib.
 
Azərbaycan “Ginekologiya və Perinatalogiyada müasir müayinə, müalicə metodları” mövzusunda keçirilən konfransda iştirak edib. “Aturek-7” ATU rezidentlərinin 7-ci elmi-təcrübi konfransında, “Tibbi elmi məqalələrin yazılması standartları” mövzusunda keçirilən seminarın da aktiv iştirakçılarından biri olub.
 
Hazırda fəaliyyətini Kliniki Tibbi Mərkəzin tabeliyində olan 5 saylı Kliniki Doğum Evinin həkim mama-ginekoloqu olaraq davam etdirir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır