Donmuş çiyin sindromu nədir?
21.04.2022 10:26
Donmuş çiyin sindromu (adgeziv kapsulit, Frozen shoulder ) çiyin oynağı kapsulunun və oynaq mayesi ifraz edən zarın diffuz pozğunluğu və iltihabı nəticəsində oynaq nahiyyəsində baş verən ağrı, hərəkət məhdudiyyəti ilə özünü büruzə verən sindromdur. Bu sindrom "Glenohumeral" oynağın ağrı ile birlikdə aktiv ve passiv hərəkətlərinin bütün istiqamətlərdə qısalmasıdır. 40-60 yaş arası qadınlarda bu sindromun rastgəlmə tezliyi daha yüksəkdir.
 
Aztibb.az-ın xəbərinə görə, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov  bu barədə məlumat paylaşaraq bildirib ki, “donmuş” çiynin yaranma səbəbi – yapışan kapsulitdir. Oynaq kapsulunun həcminin azaldığı və liflərin yapışması ilə müşayiət edilən kapsul zədələnməsidir. Hərəkət zamanı zədələnmiş kapsul dartılır, travma alır, çiynin hərəkət aktivliyi isə bloklanır. Bloklanmış çiyin oynağının uzun müddət ərzində hərəkətsiz qalması yumşaq toxumalarda yapışıqlıq meydana gəlməsinə, oynaq kapsulasının çəkilib buruşmasına yol açır.
 
Həkim bildirib ki, “donmuş” çiyin sindromu zamanı kəskin ağrıdan və çiyin oynağından hərəkət edə bilməməkdən şikayətlər yaranır. Əvvəl müəyyən hərəkət həcmi qorunur, lakin, zaman keçdikcə, tam bloklanır, əl, demək olar ki, iş qabiliyyətini itirir. Xəstəlik müalicə olunmazsa, zədələnmiş tərəfdən əzələlərin atrofiyası başlayır:
 
"“Donmuş” çiyin sindromu şiddətli ağrı və çiyin oynağının məhdud hərəkəti ilə özünü göstərir. Ən kiçik bir hərəkətdə çiyin və qolda ani sancı şəklində ağrı yaranır.
 
Hərəkət bucağı xəstənin özünün qolunu hərəkət etdirməsi (aktiv hərəkətlər) və ya müayinə zamanı (passiv hərəkətlər) oynaq hərəkətini test etdirməklə təsbit edilir. Hər tərəfə hərəkətin müəyyən bir sərhəddi var, sərhəddən kənara çıxmaq mümkün deyil".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub