ATU-nun əməkdaşı Türkiyə universitetində dərs deyib
20.04.2022 16:30

Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə-profilaktika fakültəsinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının dosenti, fakültə üzrə akademik məsləhətçi, tibb üzrə fəlsəfə doktoru Sədaqət Rüstəmova Türkiyənin Niğde Ömer Halisdemir Universitetində dərs deyib.

 

Aztibb.az xəbər verir ki, bu dəvət Türk Dövlətləri İnkişaf Birliyinin Azərbaycan və Türkiyə arasında Orhun Mübadilə Proqramı Protokolu və professor-müəllim heyətinin razılaşdırılmış mobillik proqramı çərçivəsində baş tutub. 

 

S.Rüstəmovanın sözlərinə görə, səfər zamanı həmin universitetin tədris prosesi ilə yaxından tanış olmaq imkanı qazanıb:

 

"İki həftə ərzində Niğde Ömer Halisdemir Universitetinin Tibb fakültəsində I kurslar üçün mərkəzi və periferik sinir sisteminin anatomiyası, sinir sistemi haqqında ümumi məlumat, sinir sisteminin quruluş elementləri barədə mühazirələr oxumuşam. Bundan əlavə, beyin və onurğa beyninin anatomo-topoqrafik quruluşu, inkişafı, yaş xüsusiyyətləri, kəllə sinirləri, onurğa beyni sinirləri, vegetativ sinir sistemi haqqında tələbələrə praktik dərslər də keçmişəm", - deyə S.Rüstəmova qeyd edib. 

 

O, Nigde ilə yanaşı, Ankara Tibb fakültəsinin Anatomiya kafedrasında da tədris prosesini izləyib, bu kafedranın əməkdaşları ilə tanış olub.

 

Bundan əlavə, proqram çərçivəsində Niğde Ömer Halisdemir Universitetinin rektoru professor Hasan Uslu, Tibb fakültəsinin dekanı professor Üner Kayabaş, Anatomiya kafedrasının müdiri, dekan yardımçısı Selim Çinaroğlu və kafedranın əməkdaşları, Beynəlxalq Əlaqələr koordinatoru Çiğdem Şahin, Hülya Üründü, Ankara Universitetində professor, doktor İbrahim Təkdəmirlə görüşüb.

 

Görüşlər zamanı universitet təmsilçiləri ali məktəblərimiz arasında mübadilə proqramının gələcəkdə daha geniş vüsət almasına dair arzularını bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır