Gündəlik həyatda tez-tez istifadə etdiyimiz bitkinin MÖCÜZƏVİ FAYDALARI
20.04.2022 15:45

Cəfəri bitkisi gündəlik həyatda müxtəlif məqsədlərlə istehlak edilir və cəmiyyətdə sevilir. Xüsusilə yeməklərdə və salatlarda istifadə edilən cəfəridə K, A və C vitaminləri, həmçinin kalsium, dəmir və kalium də var.

 

Bu bitkinin şirəsi də çox yararlıdır. Cəfəri suyu orqanizmə verdiyi faydalar səbəbindən müxtəlif xəstəliklərə qarşı istifadə olunur. Son zamanlar daha da populyarlaşan cəfəri suyu saç üçün də çox yararlıdır. Cəfəri suyunun tərkibindəki çoxsaylı minerallar və vitaminlər saçları qidalandırır və onlara lazım olan sağlamlığı verir. Əgər müntəzəm istifadə edilərsə saçlar daha parlaq və sağlam olur. Baş dərisinə cəfəri şirəsindən istifadə etməklə müntəzəm qulluq kəpək əmələ gəlməsinin və saç tökülməsinin qarşısını alır. Cəfəri suyu gec uzanan və tez qırılan saçlar üçün də təbii müalicə metodudur.

 

Aztibb.az tibbi saytlara istinadla bildirir ki, cəfəri suyu dezinfeksiyaedici və müalicəvi xüsusiyyətləri ilə baş dərisindəki yara, infeksiya kimi problemləri həll edir. Tərkibində yüksək miqdarda mis olan cəfəri saç rənginin qorunmasını təmin edir və saçların erkən yaşlarda ağarmasının qarşısını alır.

 

Cəfəri suyunun saça müxtəlif tətbiq üsulları var. Əsasən, saçların köklərinə masaj edərək həftədə iki dəfə cəfəri suyu çəkə bilərsiniz. Tətbiqdən sonra 15 dəqiqə gözləyib saçları su ilə yaxalamalısınız. Cəfəri suyundan faydalanmaq üçün bu müalicəni 60 gün davam etmək məsləhət görülür.

 

Cəfəri suyunun müntəzəm istifadəsi baş dərisindəki yağ nisbətini tarazlayaraq saçların tez yağlanmasının qarşısını alır. Yağlı və kəpəkli saçlar üçün cəfəri suyunun tətbiqi duşdan sonra durulama suyuna cəfəri suyu əlavə etməkdir. Beləliklə, saçlarınızdakı bu problemlərdən də xilas ola bilərsiniz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub