Orqanik məhsullar istehsal edən qadın sahibkarın “Bravo”da stendi açıldı
20.04.2022 15:19

Aprelin 19-da “Bravo” marketin Koroğlu filialında “ABAD” publik hüquqi şəxsin dəstəyi ilə AMEA Yüksək Texnologiyalar Parkının inkubator rezidenti, fərdi sahibkar Maya Səbzəliyevanın rəhbərlik etdiyi “SmFreshOil”in “SmFreshOil by ABAD” stendinin açılışı olub.

 

Ölkəmizin bir sıra tanınmış şəxslərinin iştirak etdiyi açılış mərasimində müştərilərin gözü önündə soyuq sıxım yağlar və çərəzlərdən müxtəlif əzmələr hazırlanıb.

 

Bu barədə məlumat verən Maya Səbzəliyeva “SmFreshOil”in 4 ildən artıq müddətdir ki, konservantsız, qatqısız və yüksək keyfiyyətli orqanik məhsulların istehsalı və satışını həyata keçirdiyini bildirib. O, hazırda soyuq sıxım yağlarla yanaşı, qlütensiz unlar, əzmələr, bitki toxumlarının jmıxlarının və s. istehsalının da aparıldığını diqqətə çatdırıb.

 

Qeyd edək ki, “SmFreshOil by Abad” stendində soyuq sıxım yağlar (qarazirə, kokos, kətan, balqabaq və s.), əzmələr (fındıq, fıstıq, badam əzməsi və s.), qlütensiz unlar (kokos, kətan, düyü unu, yaşıl qarabaşaq unu və.s.), məcunlar və orqanik şokolad pastaları və s. çeşiddə sağlıqlı məhsulların satışı həyata keçiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib