TƏBİB-in Tibbi təminat və koordinasiya departamentinə VAKANSİYA elan edilir
20.04.2022 11:39

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Tibbi təminat və koordinasiya  departamentinin Qida və təsərrüfat mallarının planlanması şöbəsinə baş mütəxəssis (təsərrüfat malları üzrə) vəzifəsi üzrə vakansiya elan edir.

 

Vəzifə öhdəlikləri: 

  • Rəhbərlik tərəfindən aidiyyəti üzrə verilən tapşırıqları vaxtında, dəqiq yerinə yetirmək;

  • Tibb müəssisələrində təsərrüfat mallarının düzgün planlanması;

  • Tibb sahəsində istifadə olunan təsərrüfat malları haqqında sorğuların qəbul edilməsini, araşdırılmasını və cavablandırılmasını həyata keçirmək;

  • Şöbənin hesabatlarının və statistik məlumatlarının hazırlanmasında iştirak etmək;

  • TƏBİB-in tərkibinə daxil olan müəssisə və təşkilatlara şöbənin fəaliyyət istiqamətinə uyğun məsələləri ilə bağlı metodiki köməklik göstərmək;

  • Daxil olan məktub və ərizələrin araşdırılmasında və müvafiq cavabların hazırlanmasında iştirak etmək;

  • Tibb müəssisələrində təsərrüfat  sahəsi üzrə normativ hüquqi aktların, təlimatların və təqdimatların  hazırlanmasında iştirak etmək;

  • Müvafiq layihələr üzrə TƏBİB-in müxtəlif komissiyalarının tərkibində iştirak etmək;

  • Vəzifə təlimatında müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə əlaqədar struktur bölmələri və tabeli qurumlardan zəruri məlumatları tələb etmək;

  • İş xüsusiyyətindən asılı olaraq müvafiq məlumatları bölüşmək və əldə etmək;

  • Şöbənin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək;

  • Qanuna uyğun olaraq dövlət sirrinin və məxfilik prinsiplərinə əməl etmək;

  • Fəaliyyəti üzrə ezamiyyə səfərlərini həyata keçirmək;

  • İş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etmək;

  • TƏBİB-in daxili intizam və etik davranış qaydalarına riayət etmək;

  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

Vəzifəyə dair tələblər:

 

  • Ali təhsil -  İqtisadiyyat,  idarəetmə sahəsi üzrə;

  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;

  • Ofis proqramları (Excell, Powerpoint, Outlook,Word) üzrə biliklərin yüksək səviyyədə olması;  

  • Tibb sahəsində təsərrüfat mallarının planlanması və anbar proqramı üzrə təlimlərdə iştirakı arzuolunandır;

  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ya ingilis dil biliyi üstünlükdür);

  • Peşə və ixtisası üzrə geniş nəzəri və praktik biliyə sahib olması.

 

Müraciət qaydası:

 

  • Vakansiyaya son müraciət tarixi: 25.04.2022-ci il;

  • CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir ;

  • Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun CV-lərini mövzu yerinə “Qida və təsərrüfat mallarının planlanması şöbəsi üzrə baş mütəxəssis” yazaraq göndərmələri xahiş olunur;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib