PR tədbirləri necə təşkil olunmalıdır? - Mərkəzi Gömrük Hospitalının PR üzrə mütəxəssisi
20.04.2022 11:32

Müasir həyatımızda PR tədbirlərin təşkili – xarici kommunikasiyaların, nüfuzun formalaşması və şirkətin məhsul və xidmətlərinə olan marağın yüksəldilməsinin ayrılmaz vasitəsidir. Bu tədbirlər vasitəsilə müştərilərlə uzunmüddətli münasibətlərin qurulması mümkün olur ki, bu da biznesin uğurlu təşkilində mühüm rol oyranır.

 

Bu fikirləri Mərkəzi Gömrük Hospitalının PR üzrə mütəxəssisi Dilarə Zamanova "PR tədbirləri" mövzusunda çıxış edərkən deyib.

 

O, bildirib ki, hər hansı yeni bir məhsulu və ya xidməti “səssiz” formada satışa vermək olar, lakin bu zaman arzuolunan satışı əldə edə etmək mümkün deyil:

 

“Bunun üçün PR tədbirlərdən istifadə etmək lazımdır. Jurnalistləri və maraqlı tərəfdaşları PR tədbirlərinə cəlb etməklə, onlara yeni məhsul haqqında danışmaqla daha uğurlu nəticələr əldə etmək mümkündür. Parlaq təqdimat, şərhlər və jurnalistlərin suallarına cavablar, məhsulun təqdimatı və sınaqdan keçirilməsi, mediada dərc olunan məlumatlar alıcıları mütləq maraqlandıracaq”.

 

Məhsul və ya xidmətlər haqqında müsbət fikir formalaşdırmağın vacibliyindən danışan mütəxəssis qeyd edib ki, PR tədbiri ilə sadə məlumat vermək arasındakı digər fərq press-reliz formatında hədəflənmiş auditoriya qarşısındakı emosional əhval-ruhiyyədir. Quru faktlar müştərini inandırmaq üçün kifayət etmir, yalnız emosiyalar "işləyir". Müştərilərin təkcə şüuruna deyil, həm də hislərinə təsir göstərmək vacib məsələlərdəndir.

 

D.Zamanova öz çıxışında PR tədbirlərin təşkili və keçirilməsindən də danışıb. Onun sözlərinə görə, brifinq şirkətin rəsmi nümayəndələrinin hər hansı məlumatı ötürmək üçün jurnalistlərlə görüşü hesab edilir. Bir qayda olaraq, brifinqlər bir məlumata həsr olunur. Şirkətin belə bir tədbirdə ötürəcəyi mesajlar əvvəlcədən hazırlanır, yoxlanılır və çox vaxt mətbuata məlum olmayan xəbər olur.

 

Məruzəçi, təqdimat zamanı həmçinin məhsul və xidmətlər haqqında məlumatların verilməsi, ictimaiyyət ilə əlaqələrin genişləndirilməsi, mətbuat konfransı, press-turlar, təqdimatlar, dəyirmi masa, konfrans, forum kimi tədbirlərin təşklinin PR işinin qurulmasındakı rolundan bəhs edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb