Körpələr üçün qızıl standart - 12 saatlıq yuxu rejimi 
20.04.2022 09:27

Yeni doğulmuş körpələrdə gecələr oyanma halı normaldır. Bu, onları ani körpə ölümü sindromundan (SIDS) da qoruyur. Alimlərin fikrincə 12 saatlıq yuxu rejimi körpələr üçün qızıl standart hesab olunmamalıdır.

 

Bütün yorğun valideynlər gecə körpələrinin yuxuya gedəcəkləri anı səbirsizliklə gözləyirlər. Körpələrin az yatması ilə bağlı ilk elmi məsləhətlər 1897-ci ildə dərc edilib. Rusiyalı professor yuxu haqqında Londonun "Contemporary Science Series" jurnalında körpələrin sutka ərzində 22 saat yatmalı olduğunu qeyd edib. Sonrakı yüz ildə bu müddət nisbətən qısaldılsa da, məsləhət görülən yuxu saatları körpələrin faktiki rejimindən təxminən 37 dəqiqə çox olub və onilliklər boyu valideynlərdə narahatlıq hissi yaradıb.

 

Aztibb.az tibbi mənbələrə istinadla bildirir ki, ekspertlər yuxunun körpələr və azyaşlılar üçün çox vacib olmasında həmfikirdirlər.

 

London Goldsmiths Universitetinin yuxu psixologiyası professoru və "İstirahət: yuxu haqqında elm" ("Nodding Off: The Science of Sleep") kitabının müəllifi Alice Gregory deyir ki, "Böyüklərdə olduğu kimi, körpələrdə də yuxu rejimi fərqlidir".

 

Gregory qeyd edir ki, “ABŞ Milli Yuxu Fondu üç aylığına qədər olan körpənin 24 saat ərzində minimum 11, maksimum 19 saat olmaqla yatmasını tövsiyə edir. Amerikanın Yuxu Tibb Akademiyası isə dörd aydan kiçik körpələr üçün heç bir tövsiyə vermir. Bu təşkilatlardan heç biri gündüz və gecə yuxusunun dövrü ilə bağlı konkret tövsiyələr səsləndirmir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub