İftarda qazlı və soyuq su içməyin ZƏRƏRLƏRİ
20.04.2022 10:47
İsti yay günlərində oruclu vaxtı hamımızın ürəyi yeməkdən daha çox su istəyir, iftarda bol-bol su içməyi düşünərək orucumuza davam edirik və iftara yaxın hər suları süfrələrimizə düzürük.
 
Ramazan həm də sağlıq qazanmaq ayı olduğundan çalışmaq lazımdır ki, bu zaman bədənimiz ziyan görməsin. Məsələn, hər axşam soyuq su ilə iftar açılması və ya iftarda soyuq suyun bol-bol içilməsi soyuq suyun keçdiyi bütün yolların iltihablanmasına səbəb ola bilir. Angina, faringit, lorinqit kimi iltihabi xəstəliklərə və ən əsası isə mədəmizə elə bir zərər verə bilərik ki, illərlə davam edə bilər. Soyuq su iltihab mənbəyidir.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fizioterapevt Fizuli Hüseynov məlumat verib. 
 
"Qazlı su soyuq sudan da zərəlidir, qazlı su mədə divarını güclü bir şəkildə aşılayır, qazlı su böyrək yumaqcıqlarından süzüləndə yumaqcıqları zədələyir (bu hətta böyrəklərimizi sıradan çıxara bilər), qazlı su xassəcə turş mühit olduğundan bədəni turşlaşdırır. Unutmayın, bədən mühiti turşlaşırsa bədən çarəsi olmayan sistem xəstəliklərindən tutmuş xərçəngə qədər açıq bir qapı olur", - deyə F.Hüseynov qeyd edib. 
 
Həkim əlavə edib ki, iftarda soyuq su içmək məcburiyyəti yaranarsa suyu ağıza alıb ağızda isidərək yavaş-yavaş içmək lazımdır. İftarda ən faydalı su otaq temperaturunda olan sudur, çalışın suyu aramla, oturaraq yavaş-yavaş və bol-bol için.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub