İnfarktın yaranması riskini aşağı salan - Braziliya qozunun saymaqla bitməyən FAYDALARI
19.04.2022 16:41

Məlum olduğu kimi, qrammənfi və qrammüsbət bakteriyalar orqanizm üçün çox təhlükəli sayılırlar. Bu bakteriyalar kariesin, vərəmin və bu kimi bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Lakin onların qoz vasitəsilə məhv etməyin mümkünlüyü sübut olunub. Görüntüsü böyrəyi xatırladan qoz növü Braziliyanın Şərq bölgəsində yetişir. Lakin istənilən ölkənin iri marketlərində bu qozlara rast gəlmək mümkündür.

 

Braziliya qozu (anakardiya) satışa qabığı soyulmuş halda çıxarılır. Buna səbəb isə qoz ləpəsinin pərdəsində zəhərli maddələrin olmasıdır. Ləpəni örtən pərdə isə öz toksiki təsirini qozun qabığı sındırıldıqdan sonra göstərməyə başlayır.

 

Braziliya qozunun tərkibində maqnium, fosfor, marqans, sink, yağ digər meyvələrə nisbətən daha çoxdur. Bu qozun tərkibi 82% süzülməmiş yağlardan, 66% yağ turşularından ibarətdir. Bunların isə ürəyə faydası zeytun yağının faydasından daha da artıqdır.

 

Mütəxəssislərin araşdırmaları süzülməmiş yağların nəinki ürək, hətta şəkərli diabet xəstələri üçün də faydalı olduğunu qeyd edirlər. Bu yağlar qanda triqliseridlərin miqdarını azaldır və infarkt riskini tamamilə aşağı salır. Bu səbəbdən həkimlər sağlamlığının qeydinə qalmaq istəyənlərə hər gün bir neçə Braziliya qozu yeməyi məsləhət görür.

 

Bu qoz orqanizmdə aşağıdakı müsbət dəyişikliklərə səbəb olur:


1. Qoz orqanizmdə olan qrammənfi və qrammüsbət bakteriyaları öldürür. Buna səbəb də onun tərkibində olan və nadir halda təbiətdə var olan turşuların olasıdır. Bu turşular karies və pnevmoniya əmələ gətirən bakteriyaları məhv edir.
2. Hər səhər acqarına qoz yemək öd kisəsindəki xırda daşların tökülməsinə səbəb olur. Həftədə ən az 30 qram qoz yemək öd kisəsi daşlarının əmələ gəlməsinin qarşısını alır.
3. Hər gün qoz yemək çəkinin artması təhlükəsini aradan qaldırır. Belə ki, mütəxəssislər 28 ay 8800 qadın üzərində araşdırma aparıblar. Araşdırma zamanı qadınların yarısına həftədə ən az 2 dəfə qoz yeməyi tapşırıblar. Araşdırmanın nəticəsi olaraq qoz yeyən qadınların digər qadınlardan 31% az çəki yığdığını müəyyən edilib.
4. Qoz yemək ürək-damar sisteminin möhkmlənməsinə səbəb olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub