Döyənəklərdən qısa zamanda necə xilas olmaq olar? - SADƏ ÜSUL
19.04.2022 16:12

Daban və pəncə hissədə əmələ gələn döyənəklər və dəri qalınlaşması bütün qadınların problemidir.

 

Aztibb.az bir neçə prosedurla bu problemdən xilas olmağın yolunu təqdim edir:


Ayaqlarınızı isti su ilə vanna edin. Vannada 1,5 litr isti su olmalıdır. Suyun istiliyi ayağı qızdıracaq qədər isti olmalıdır ki, döyənəkləri yumşaltsın. 5 dəqiqə sonra suya 4 xörək qaşığı hidrogen perekis əlavə edin.

 

Ayaqlarınız suda nə qədər çox qalarsa, bir o qədər yaxşıdır. Suyun gec soyuması üçün isə ayaqlarınızı isti bir şalla bükün. Su soyuduqda döyənək olan hissəni daban daşı və ya süngərlə sürtün. Ayaqlarınızı yuyub qurulayın və qliserinlə sirkə qarışımı sürtüb bağlayın. Qarışımı hazırlamaq üçün bir xörək qaşığı qliserinə ¼ qaşıq sirkə əlavə edib qarışdırın. Qarışımı hər gün ayaq kremi əvəzinə döyənək və qalınlıaşma olan nahiyəyə sürtün, perekis vannasını isə həftədə 1 dəfə edin.

 

Bu təbii müalicənin döyənəklərdən və qalınlaşmış dəridən xilas olmağa çox faydası var. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub