Həkimdən oruc tutmaq istəyən şəkərli diabet xəstələrinə mühüm TÖVSİYƏLƏR  
19.04.2022 16:03
Şəkər xəstələri və diabet riski altında olanlar Ramazan ayında sağlamlıqlarını riskə atmadan oruc tutmaları üçün ilk növbədə həkimə müraciət etməli və düzgün qidalanmalıdırlar.
 
Aztibb.az-ın xəbərinə görə, bu barədə uzman-terapevt Çinarə Səfərova məlumat verib.
 
Onun sözlərinə görə, şəkər xəstələri oruc tutmazdan əvvəl ətraflı müayinələrdən keçməlidir. Xəstənin sağlamlıq vəziyyəti, diabetin növü, orqan zədələnmələrinin olub-olmaması, insulindən istifadə edilib-edilməməsi qiymətləndirilməlidir. Əgər xəstə qan şəkərini tənzimləyən dərmanlar və ya insulindən istifadə edirsə, onların dozalarını oruc tutmaqla birlikdə yenidən təşkil etmək və dozanın çəkisini iftara keçirmək lazımdır. Bundan əlavə, oruc zamanı qan şəkərinə tez-tez nəzarət edilməli və qidalanma proqramına əməl edilməlidir.
 
Diabet xəstələrini oruc tutmaq baxımından 4 risk qrupuna bölmək olar:
 
• Aşağı risk – oruc tuta bilərlər.
• Orta risk– məsləhət deyil.
• Yüksək risk – oruc tutmaları risklidir, məsləhət deyil.
• Çox yüksək risk – oruc tutmaları çox risklidir, həyati təhlükəsi vardır.
 
Yüksək riskli qruplar, adətən, insulin qəbul edən, yaşlı, bir çox dərman qəbul etmək məcburiyyətində qalan xəstələri əhatə edir.
 
"Pəhriz rejiminə əməl etməmək, sahuru unut­maq, iftarı gecikdirmək, yaxud iftarda artıq qida qəbul etmək, az su içmək, qan şəkərini təqib etməmək, dərman qəbulunu öz bildiyi kimi tənzimləmək və s. Ramazan ayı boyunca ən çox buraxılan xətalardandır", - deyə həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub