Mütəxəssis böyrək xəstəlikləri olan insanlara bu meyvədən imtina etməyi məsləhət görür
19.04.2022 18:31

"Banan qəbulu böyrəklərlə bağlı problemlərə meyilli insanların səhhətini pisləşdirə bilər", – həkimlər xəbərdarlıq edirlər.

 

Banan xroniki xəstəlikləri olmayan insanlar üçün ən faydalı meyvə növlərindən biridir, ancaq naxoş böyrəkləri olan şəxslərə onların istifadəsi zərər verə bilər. Bu risk ilk növbədə, meyvələrin nəzarətsiz yeyilməsinə görə yaranır.

 

Aztibb.az medikforum.ru-ya istinadən xəbər verir ki, naxoş böyrəkləri olan insanların banandan istifadəsi ilə bağlı nutrisioloq Silviya Menendes Klinqer müsahibəsində məlumat verib.

 

"Bananların həddən artıq istifadəsi böyrək xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir edə bilər. Bunun səbəbi bananın tərkibində olan böyük miqdarda kaliumla bağlıdır", - deyə ekspert qeyd edib.

 

Həkim xatırladıb ki, böyrəklərin həyata keçirdiyi funksiyalardan biri qanda kaliumun səviyyəsinə nəzarətdir.

 

S. M.Klinqer əlavə edib ki, bu halda banandan başqa kaliumun yüksək dozasını özündə saxlayan digər məhsullar, məsələn, portağalın da qəbul edilməsi tövsiyə olunmur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub