İsmayıl Əfəndiyev: “Təəssüf ki, hazırda narkotik istifadəçiləri arasında həm gənclər, həm zəif cinsin nümayəndələri, həm də uşaqlar var”
19.04.2022 11:44

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent İsmayıl Əfəndiyev Media Türk TV kanalına narkotiklərin yaratdığı xəstəliklər barədə danışıb. 

 

Sujetdə bildirilib ki, hazırda narkotik vasitələrdən istifadə Azərbaycan üçün çox aktualdır. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən indiyə qədər ölkəmizdə həm narkotik istifadəçilərinin sayı, həm də qeyri-leqal narkotik bazarında  satılan nakotik maddələrin növləri xeyli artıb.

 

İsmayıl Əfəndiyev qeyd edib ki, inyeksiya yolu ilə qəbul edilən narkotik vasitələr QİÇS, Hepatit C və digər təhlükəli yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. İnsanların psixiki durumunu pozan, sinir sistemini dağıdan, daxili orqanlara bilavasitə təsir edən narkotik vasitələr də sürətlə yayılmaqdadır:

 

"Narkotik maddələrdən istifadə çoxlu sayda təhlükəli xəstəliklərin yaranmasına səbəb olur. Çox təəssüf ki, hazırda narkotik istifadəçiləri arasında həm gənclər, həm zəif cinsin nümayəndələri, həm də uşaqlar var."

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib