Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda hansı şöbələr fəaliyyət göstərir?
19.04.2022 13:47
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) bir neçə tibbi və elmi şöbə fəaliyyət göstərir. 
 
Aztibb.az ETMGİ-yə istinadla xəbər verir ki, Prezident İlham Əliyevin 10 aprel 2013-cü il tarixli “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun və Elmi-Tədqiqat Pediatriya İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər” haqqında sərəncamı çərçivəsində 2013-cü ildən ETMGİ klinik fəaliyyətini dayandırmışdır. 2017-ci il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə ETMGİ-nin açılışı olmuş, əsaslı təmirdən sonra fəaliyyətə başlamışdır.
 
İnstitutda hazırda aşağıdakı tibbi şöbələr fəaliyyət göstərir:
 
- Poliklinika şöbəsi;
- Hamiləliyin Patologiyası şöbəsi;
- I Mamalıq şöbəsi, II Mamalıq şöbəsi;
- Təcili Tibbi Yardım şöbəsi;
- Ginekologiya şöbəsi, Anesteziologiya və Reanimasiya şöbəsi;
- Zahılıq şöbəsi;
- Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsi;
- Laboratoriya şöbəsi;
- Əməliyyatxana şöbəsi.
 
Elmi şöbələr:
 
- Neonatologiya şöbəsi;
- Mamalıq şöbəsi;
- Tibbi Genetik Laboratoriya şöbəsi;
- Şüa diaqnostika və Hemostaziologiya şöbəsi;
- Reproduktiv Sağlamlıq şöbəsi;
- Analitik Tibbi İnformasiya şöbəsi.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib