Duzdan çox istifadə ürək sağlamlığı üçün təhlükəli ola bilər
19.04.2022 11:09

Ürəyin sağlamlığı üçün sağlam qidalanma vərdişləri qazanılmalıdır.

 

Bunu kardiologiya mütəxəssisi professor Yunus Amasyalı deyib. O, eyni zamanda qeyd edib ki, “Sağlam qidalanma ürək xəstəlikləri üçün risk yaradan yüksək təzyiq (hipertoniya), artıq çəki və yüksək xolesterindən əziyyət çəkənlərə müsbət töhfə verə bilər. Qida ilə birlikdə qəbul etdiyimiz yağın miqdarı və növü qanda xolesterinin səviyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bundan əlavə, gündə 6 qramdan çox duz istehlak edilməməlidir, əks halda ürəkdə infarkt riski arta bilər”.

 

Professor Y.Amasyalı ürək sağlamlığı üçün nəzərə alınmalı hallar haqqında xəbərdarlıq edib.

 

Ürək sağlamlığı üçün sağlam qidalanma vərdişinin mənimsənilməsinin vacibliyini vurğulayan Y.Amasyalı, bildirib ki, duzdan çox istifadə edildikdə ürəyi qidalandıran damarların daxili səthlərində lövhələr əmələ gəlir: “Bu lövhələr də böyüyür və qan dövranına maneə törədir. Ancaq ürək xəstəliklərinə səbəb olan əsas amil yağın miqdarından da çox onun növüdür”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub