Kürdəmirin həbsdə olan icra başçısı istintaqda baş həkimlərdən pul aldığını etiraf edib
19.04.2022 10:06

Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİN) həbsdə olan sabiq başçısı Ceyhun Cəfərovun ibtidai istintaq və məhkəməyə verdiyi ifadəsi məlum olub. O, dindirilən zaman elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

 

İbtidai istintaq zamanı Ceyhun Cəfərov özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, Kürdəmir RİH-in başçısı vəzifəsində işlədiyi müddətdə Rayon Mərkəzi Xəstəxanasının müxtəlif vaxtlarda baş həkimi olmuş Məhəmməd Musayev və Eynulla Novruzovdan rayon tədbirlərinə xərclənməsi üçün pul alınıb.

 

Belə ki, 2015-ci ilin iyun ayından etibarən Tacəddin Novruzov göstərişim əsasında həmin vaxt baş həkim işləmiş Məhəmməd Musayevdən ildə iki dəfə olmaqla 1 000 manat pul tələb edərək alıb. Həmin pulu rayon ərazisində keçiirlən “ölkəmizi tanıyaq” layihəsinə sərf etmişəm. Məhəmməd Musayev baş həkim işlədiyi 3 il ərzində ildə iki dəfə olmaqla ondan 6 dəfə, hər dəfəsində isə 1 000 manat pul alınıb.

 

Bundan sonra Tacəddin Novruzov baş həkim təyin edilən Eynulla Novruzovdan da göstərişim əsasında ildə iki dəfə olaraq hər dəfə 1 000 manat pul tələb edərək alıb. Həmin pul vəsaitləri də “ölkəmizi tanıyaq” layihəsinə sərf olunub.

 

Ümumilikdə Məhəmməd Musayevdən 3 il ərzində 6 dəfə olaraq, cəmi 6 000 manat, Eynulla Novruzovdan isə iki dəfə olaraq 2 000 manat məbləğində pulu birinci müavinim vasitəsilə almışam”.

 

Qeyd edək ki, Ceyhun Cəfərov və digərlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimovun hər biri 8 il 6 ay, Eynulla Novruzov, Məhəmməd Musayevin hər biri isə 8 il üç ay müddətinə azadlıqdan məhrum edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib