Ramazan ayında verilən kilo tez müddətdə geri alınır - Mərkəzi Gömrük Hospitalının uzman diyetoloqu
18.04.2022 17:05

Ramazan ayında qidalanma digər aylardan fərqliliyi gündəlik normada 3 dəfə qida qəbulunun 2 dəfəyə keçməsidir. Bu isə 16-17 saat aclıqla əlaqəli olaraq gündəlik aldığımız enerjinin az olmasına və su balansının miqdarı azalmasına səbəb olur. Nəticədə maddələr mübadiləsi yavaşlayır. Aclıq əsnasında insulin  miqdarı artır və yeməyə başladığımızda insulin cavabı yüksək olur. Uzun müddət ac olduğumuzda yağ depolanmağa meyilli olur. Ramazan ayında qidalanma balansı düzgün şəkildə olmalıdır. Bu ayda kilo vermə çox olur amma bu həmişəlik olmur. Tez müddətdə verilən kilo geri alınır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalının uzman diyetoloqu Məlahət Kərimova açıqlama verib.

 

Həkim bildirib ki, oruc sırasında baş ağrısı, halsızlıq, köp, həzm sistemi və böyrək problemləri ola bilər. Buna görə Ramazan menyusuna diqqət edilməlidir. Əsas olaraq maye balansı nəzarətə alınmalı və iftar və imsak arasında maye balansı tənzimlənməlidir. Gün ərzində 2-2,5 litr su istifadə edilməlidir. Yetərli maye qəbul edilmədiyində vücudun maye balansı azalır, su- duz balansı  pozulur və yuxululuq, qan təzyiqinin düşməsi, mədə ağrısı, həzm sistemində problemlər ortaya çıxır.

 

M.Kərimovanın sözlərinə görə, Ramazan ayında qan şəkərini sürətli artıran, qlisemik indeksi yüksək qidalarda uzaq durmalı, iftar və imsaqda  un və un məhsullarından (bulka, düşbərə, xəngəl və s.) hazırlanılan qidalardan istifadə edilməməlidir. Bu qidalar  köp, həzimsizlik, qan şəkərinin yüksək artımı kimi sağlıq problemlərinə yol açır.

 

“Bəzən insanlar imsaka qalxmırlar və ya gecə yatmadan əvvəl yetərincə qidalanaraq imsaka qalxıb yalnız su içirlər. Bu da aclıq saatının çox olması,  halsızlıq, baş ağrılarına,  mədə turşuluğunun artmasına səbəb ola bilər”, - deyə uzman həkim bildirib.

 

Diyetoloq vurğulayıb ki, imsakda həzm sistemin yavaşladan qida dəyərləri yüksək olan yeməklərdən istifadə edilməlidir. Şirniyyatlardan uzaq durmalı, duzlu yeməklərdən, qızardılmış qidalardan imtina edilməlidir.  

 

“16-17 saat aclıq zamanı iftarda tez bir zaman içərisində qidalanmamalıyıq ki,  köp kimi problemlərlə qarşılaşmayaq”, - deyən M.Kərimova qeyd edib ki, iftara karbonhidrat, potasyum və maqnezumla zəngin olan xurma ilə başlamaq daha məsləhətlidir.

 

Həkim əlavə edib ki, daha sonra 1 orta boy kasa şorba və 1 dilim kəpəkli çörəklərdən istifadə edilməlidir. Sonra qidalanmaya 20 dəqiqə fasilə verilməli və digər yeməklərə keçmək lazımdır. İftardan sonra gəzinti etməyin həzm sistemində böyük rolu var. Kofe, qazlı içkilərdən imtina edilməli, meyvə  iftar və imsak arasında qəbul edilməlidir. 100 qrama qədər dondurmadan istifadə etmək olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub