Kliniki Tibbi Mərkəz türk tələbənin iddialarına cavab verdi
18.04.2022 12:17

Sosial şəbəkə platformalarından olan tvitterdə istifadəçilərdən birinin Azərbaycanda Türkiyə vətəndaşı olan tələbəyə Kliniki Tibbi Mərkəzdə tibbi yardımın və ya tibbi yardım üçün normal münasibətin göstərilməməsi ilə bağlı yazdığı məsələ tərəfimizdən araşdırılıb və belə bir fakt aşkarlanmayıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidməti məlumat verib.

 

Bildirilib ki, həmin sosial şəbəkə istifadəçisinin “arkadaşım” deyə xitab etdiyi adamın nə adı, nə soyadı, nə də ki, hansı həkimə müraciət etməsi haqda dəqiq məlumatlar qeyd edilməyib:

 

“Amma bununla belə məlumatı dəqiqləşdirmək üçün Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrindən sorğular toplamışıq. Nəinki ötən gün, hətta son bir həftə ərzində hansısa əcnəbi vətəndaşın, əcnəbi tələbənin və ya türkiyəli vətəndaşın müraciəti ilə bağlı məlumat qeydə alınmayıb. O cümlədən, dəfələrlə həmin sosial şəbəkə istifadəçi ilə əlaqə saxlamağa çalışsaq da heç bir cavab verilməyib. Bu səbəbdən də yayılan məlumatı əsassız hesab edirik”, - deyə məlumatda bildirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib