Sağlamlığa faydalı tərəvəz MƏRƏÇÖYÜD - Hər zoğunda həyat var 
18.04.2022 13:31

Nazik yaşıl zoğları olan mərəçöyüd əsasən qaratikan kollarının ətrafında təbii halda bitir. El arasında o, daha çox qulançar kimi tanınsa da, elmi təbabətdə mərəçöyüd adlanır. Zülalla ən çox zəngin olan tərəvəzlərdən biridir.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, aprel ayı mərəçöyüdün əsas mövsümü sayılır. Bu ayda onun yumşaq və cavan zoğları toplanılaraq çiy halda yeyilir.

 

Onun zahirən qanqalı xatırladan cavan zoğları çox vitaminli və xeyirlidir. Mərəçöyüdü həm də bişirib yeyirlər. Budaqları duzlu suda pörtlədilir, azca sıxılaraq duzu çıxarılır və yağ-soğanla qızardılır. 

 

Tərəvəzin qida rasionuna daxil edilməsi çox faydalıdır. Kulinariyada mərəçöyüddən salat və şorba hazırlanır. Onu qızartmaq, qaynatmaq, yaxud buxarda və digər üsullarla bişirmək olar. Yığılandan sonra yuyulub yumurta ilə, yaxud da yağ-soğanla qovurularaq bişirilir. 

 

Mərəçöyüd həzm sistemini tənzimləməyə kömək edir və xora kimi mədə-bağırsaq xəstəliklərinə çox faydalı təsir göstərir. Maraqlıdır ki, mərəçöyüdün faydalı xüsusiyyətləri onun müxtəlif üsullarla bişirilməsi prosesində itmir.

 

Mərəçöyüdün tərkibində gözləri, dərini, immun sistemini müdafiə edən A vitamini, eləcə də kapilyarları möhkəmləndirən və dəridə zülalın, kollagenin əmələ gəlməsində iştirak edən S vitamini var. Sümüklərin formalaşması və qanın laxtalanması üçün istifadə edilən K vitamininin əsas mənbələrindən biri hesab edilir. Onun qəbulu diabet riskini azaldır. Mərəçöyüdün tərkibində xüsusən hamiləlik dövründə qan hüceyrələrinin əmələ gəlməsində mühüm rol oynayan fol turşusu var ki, bu da dölün inkişafı üçün çox vacibdir.

 

Təbabətdə vərəm, böyrək, şəkər və ürək-damar xəstəliklərində müxtəlif reseptlər əsasında bitkidən müalicəvi dərmanlar hazırlanaraq qəbul edilir. Sidikqovucu təsir göstərir, toxumunun balla qarışığı sonsuzluğa qarşı ən yaxşı vasitələrdən biri hesab olunur. Alkoqollu içkilərin qaraciyərə zərərini azaltmaq xüsusiyyətinə malikdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub