Mindən çox almaniyalı həkim Ukraynaya getmək niyyətindədir  
18.04.2022 12:10

Mindən çox almaniyalı həkim yaralılara və xəstələrə yardım göstərmək məqsədilə Ukraynaya və yaxın ölkələrə getmək üçün Federal Tibb Assosiasiyasının online-portalında qeydiyyatdan keçib.

 

Bu barədə assosiasiyanın prezidenti Klaus Raynhard “Redaktionsnetzwerk Deutschland” redaksiyasına müsahibəsində deyib.

 

“Bu rəqəmlər həkimlərin Ukrayna xalqı ilə həmrəyliyinin göstəricisidir. Çünki orada işləmək həyat üçün təhlükəli ola bilər”, - deyə Klaus Raynhard bildirib. Onun sözlərinə görə, Almaniya Federal Tibb Assosiasiyası hazırda Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, həmçinin Ukrayna və qonşu ölkələrin səfirlikləri ilə həkimlərin yerləşdirilməsi məsələsini müzakirə edir.

 

Assosiasiya prezidenti Ukrayna ərazisində fəaliyyət göstərəcək həkimlərin təhlükəsizliyinə zəmanət verilməli olduğunu vurğulasa da, qonşu ölkələrdən hələlik bu məsələ ilə bağlı müraciətlərin daxil olmadığını qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib