Hemofiliya xəstəliyinə yalnız kişilər tutulur?
18.04.2022 12:11
Hemofiliya bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılmış irsi qan xəstəliyidir. Bu xəstəlik insan qanında laxtalanma faktorlarının çatışmazlığı nəticəsində əmələ gələn və anadan əsasən oğlan uşaqlarına irsən ötürülən xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, milli və irqi mənsubiyyətindən asılı olmayaraq təxminən yeni doğulan 5000 oğlan uşağından biri hemofiliya A ilə doğulur.
 
Aztibb.az-ın xəbərinə görə, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə məlumat verib. 
 
O, bildirib ki, hemofiliya – X xromosomunda bir genin dəyişilməsi nəticəsində yaranır. Adətən, xəstəlikdən kişilər əziyyət çəkirlər, qadınlar isə hemofiliyanın daşıyıcısı rolunu oynasalar da əksər hallarda xəstəliyə tutulmurlar. Lakin qadınlar xəstə oğlan uşaqları və ya daşıyıcı qız uşaqları dünyaya gətirə bilərlər.
 
Həkimin sözlərinə görə, insanlar arasında uzun illər belə bir mif yayılıb ki, hemofiliya ilə yalnız kişilər xəstələnir, qadınlar isə sadəcə olaraq xəstəliyi ötürən qeyri-sağlam genin daşıyıcısıdırlar. Amma bu, yanlış fikirdir:
 
"Dünyada təxminən 60-dan çox qadın simptomatik hemofiliya xəstəsi qeydə alınıb. Qanında laxtalanma faktoru normal səviyyədən 40 faiz az olan qadın, qanında həmin qədər laxtalanma faktoru olan kişidən heç nə ilə fərqlənmir. Bu o deməkdir ki, həmin qadında hemofiliya xəstəliyi vardır. Bəzi daşıyıcı qadınlarda qanında laxtalanma faktoru 40% dən çox olduqda belə, hemofiliya əlamətləri özünü göstərir. Anomal qanaxma təcrübəsi daşıyan və qanında laxtalanma faktoru normal miqdarın 40-60 faizi qədər olan qadınlar simptomatik daşıyıcılar adlanırlar".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub