Dializ xəstələri övlad sahibi ola bilərmi? -NEFROLOQ AÇIQLADI
17.04.2022 08:50

"Dializ müalicəsində olmanız sizin övlad sahibi olmağınız üçün bir maneə təşkil etmir". 

 

Aztibb.az-ın məlumatına görə ,bu barədə nefroloq Barat Yusubov məlumat verib.

 

Həkimin bildirdiyinə görə, uremiya kişilərdə həm potensiyaya, həm də spermatogenezə təsir etsə də, onların dünyaya normal övlad gətirməyi realdır.
Kişilərdə olduğu kimi, qadınlarda da uremiya həm libidoya, həm də reproduktiv qabiliyyətə təsir edir, amma bir çox xanımlarda heç bir pozğunluq olmaya da bilər. Bu cür pozğunluqları olan qadınlar isə çox asan şəkildə müalicə olunaraq ana ola bilər.

 

B.Yusubov bu zaman diqqət yetirilməli bir neçə məqamı təqdim edib:


- Sağlam qadınlarla müqayisədə, sizin hamiləliyiniz daha risklidir:
- Hamiləlik planlaşdırmaqdan öncə mütləq müalicə həkiminizə bildirin, çünki bəzi dərmanlarınız hamiləlikdən öncə dəyişdiriləcək (məsələn, təzyiq dərmanlarınız):
- Hamilə qaldığınızı ilk andan tıbbi personala bildirin, çünki hamiləliyin ilk dövründən sizə xüsusi dializ
rejimi təyin olunacaq:
- Dializ xəstəsi ana ola bilər, amma ideal olanı hamiləliyi böyrək köçürəndən sonraya planlamaqdır.:
- Böyrək köçürənlər isə bilməlidir ki, ilk 1 ildə hamiləlik tövsiyə olunmur. Bu dövrdə hamiləlikdən qorunmaq mütləqdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub