Brokkolinin bilmədiyimiz FAYDALARI
16.04.2022 19:56

Alimlər hesab edirlər ki, brokkolinin istehlakı osteoartritin qarşısını almağa və ya onun inkişafını yavaşlatmağa kömək edə bilər.

 

Artrit ayrıca bir xəstəlik deyil, o çoxsaylı oynaq xəstəliklərini nəzərdə tutur. Dünyada artritin və onunla əlaqəli halların 100-dən artıq növü var. Osteoartrit və revmatoid artrit bu xəstəliyin ən çox yayılan növləridir. Hər halda artrit olduqda bundan sonrakı zədələnmənin qarşısını almaq üçün oynaqlara qayğının göstərilməsi çox vacibdir. Misal üçün, həddindən artıq yüklənməmək lazımdır, ağır yük qaldırmamaq, artıq çəki olduqda bir neçə kilodan azad olmağa səy göstərmək lazımdır.

 

Böyük Britaniya Səhiyyə Xidmətinin (NHS) məlumatına görə oynaq xəstəliyi və artriti olan insanların, həmçinin sağlam balanslaşdırılmış qidalanmaya riayət etmələri çox vacibdir. Bir sıra tədqiqatların məlumatında bildirilir ki, “tərkibində yüksək miqdarda xaççiçəklilər ailəsindən olan tərəvəzlər olan pəhriz ilk növbədə revmatoid artritin inkişafının qarşısını almağa köməklik edir”.

 

Öz növbəsində, Artrit Fondu (Arthritis Foundation) qeyd edir ki, brokkoli oynaq xəstəliyi olan insanlara çox faydalı ola bilər. “K və C vitaminləri ilə zəngin olan brokkoli, həmçinin osteoartritin qarşısını almağa və ya onun inkişafını yavaşlatmağa qadir olan sulforafan adlı birləşməni ehtiva edir və sümükləri möhkəmləndirən kalsiumla zəngindir. Sıçanlarda aparılan sınaqlar göstərib ki, sulforafanla zəngin olan brokkoli iltihab prosesinin qarşısını alır və osteoartrit olduqda qığırdağın zədələnməsini yavaşlata bilir”, - deyə ekspertlər bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub