“SmFreshOil by ABAD” stendində orqanik soyuq sıxım yağlar və çərəzlərdən müxtəlif əzmələr hazırlanacaq
15.04.2022 15:37

Aprelin 19-da “Bravo” marketin Koroğlu filialında “ABAD” publik hüquqi şəxsin dəstəyi ilə AMEA Yüksək Texnologiyalar Parkının inkubator rezidenti, fərdi sahibkar Maya Səbzəliyevanın rəhbərlik etdiyi “SmFreshOil”in “SmFreshOil by ABAD” stendinin açılış mərasimi keçiriləcək.

 

Aztibb.az xəbər verir ki, stenddə müştərilərin gözü önündə soyuq sıxım yağlar və çərəzlərdən müxtəlif əzmələr hazırlanacaq.

 

“SmFreshOil by ABAD” stendində aşağıdakı çeşiddə sağlıqlı məhsulların satışı həyata keçiriləcək:


- Soyuq sıxım yağlar (qarazirə, kokos, kətan, balqabaq və s.)
- Əzmələr (fındıq, fıstıq, badam əzməsi və s.)
- Qlütensiz unlar (kokos, kətan, düyü unu, yaşıl qarabaşaq unu və.s.)
- Məcunlar və orqanik şokolad pastaları və s.

 

Qeyd edək ki, 4 ildən artıq müddətdir ki, SmFreshOil” konservantsız, qatqısız və yüksək keyfiyyətli orqanik məhsulların istehsalı və satışını həyata keçirir. İnkubator resident hazırda soyuq sıxım yağlarla yanaşı, qlütensiz unlar, əzmələr, bitki toxumlarının jmıxlarının və s. istehsalını həyata keçirir.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib