ATU-nun Tədris Terapevtik Klinikasında "COVID-19 və ürək" mövzusunda seminar keçirilib
15.04.2022 14:28
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevanın və həkim-rezidentlərinin iştirakı ilə növbəti ənənəvi seminar keçirilib.
"COVID-19 və ürək" mövzusuna həsr olunan seminarda klinikanın Uşaq kardiorevmatologiya şöbəsinin həkimi, dosent Ülviyyə Hacıyeva uşaqlarda post-COVID və bu zaman ürəkdə olan dəyişikliklər haqqında ətraflı məlumat verib.
Bütün dünya ölkələrində SARS CoV-2 infeksiyasına yoluxma sayının əhəmiyyətli dərəcədə azaldığını və xəstəliyin üçüncü dalğasının artıq arxa plana keçdiyini deyən məruzəçi hazırki dövrdə həkimləri narahat edən başlıca məsələnin bu xəstəliyin nəticələri olduğunu bildirib. O, qeyd edib ki, alimlər COVID-19 keçirən uşaq və yeniyetmələrin bir qismində tam sağalmanın, digərlərində isə yeni, geri dönən və ya davam edən simptomların olması faktı ilə rastlaşırlar: "Koronavirus keçirən bəzi uşaqların (bəzi böyüklər kimi) niyə həftələr və ya aylar boyu sağlamlıq problemləri ilə mübarizə aparması sualı pandemiyanın ən böyük sirrlərindən biri olub, valideynlər üçün narahatlıq doğurur. Dünyanın aparıcı universitet klinikalarının müşahidələrinə əsasən, bir sıra hallarda sağlam və aktiv olan, yəni idmanla məşğul olan uşaqlar belə COVID-19 ilkin virus infeksiyasını keçirib sağaldıqdan bir neçə ay sonra normal həyata (məktəbə, idmana) qayıtmağa mane olan geniş spektrli simptomlarla mübarizə aparmağa davam edirlər. Beləliklə, COVID-19-dan sağalan insanlarda müəyyən simptomların uzun müddət müşahidə olunması onlarda koronavirusdan sonrakı, yəni, post-COVID və ya "uzun sürən COVID" (Long Covid) vəziyyətinin olması kimi qiymətləndirildi və bu termin Xəstəliklərin Beynəlxalq Klassifikasiyasına ( XBT-10 ) U09.9 kodu ilə daxil oldu".
Ü.Hacıyevanın sözlərinə görə, koronavirus keçirmiş uşaqlarda sonradan görülən ürək ağırlaşmaları haqqında az məlumat var. Bu nadir hal olsa da, uşaqlarda hər hansı ürək şikayətləri baş verərsə, vaxtında aşkar və müalicə olunmadığı təqdirdə uşaq həyatı üçün təhlükəli ola bilər. Məruzəçi qeyd edib ki, müasir sübutlar göstərir ki, aktiv COVID-19 hadisələri azalsa da, miokardit kimi post-COVID ürək ağırlaşmaları artmaqdadır. Uzunmüddətli koronavirusun patogenezi tam məlum deyil. Simptomların geniş heterojenliyi bunun çoxsistemli bir xəstəlik olduğunu göstərir. Bu haqda bir sıra hipotezlər (virusun persistenziyası, autoimmun reaksiyaların inkişafı, Makrofaqların aktivləşməsi sindromu(MCAS), viral genomun retrotranskripsiya edilməsi və DNT-yə inteqrasiyası) alimlər tərəfindəndən irəli sürülür. Hazırki dövrdə tədqiqatçılar post-Covidin inkişaf etmə səbəbini və dəyişikliklərin dinamikasını araşdırıb anlamağa çalışırlar.
Həkim uşaqların ürəyində şikayətləri olarsa valideynlərin hansı yöndə davranmalı olduqlarına dair məsləhətlərini də verib. Bildirib ki, COVID-19 zamanı və ondan sonrakı dövrdə uşaqlarda ürəkdə ağrı və ya ürək döyüntüsü kimi şikayətlər olduqda ürəyin klinik və instrumental müayinəsi, EKQ, EXO-KG, lazım gəldikdə HOLTER-EKQ aparılmalı, ultrasəs müayinəsində ürəyin disfunksiyası aşkar olunan uşaqlar ürək MRT-dən keçməlidirlər. Koronavirus keçirən bütün uşaqlar yenidən idmanla məşğul olmağa qayıtmaq üçün icazə əldə etmək məqsədilə əvvəl pediatr və kardioloqa müraciət edilməlidir. Onun sözlərinə görə, COVID-19 orta ağır və ya ağır halda keçirən uşaq və yeniyetmələr məktəbə qayıtmazdan və ya idmana başlamazdan əvvəl mütləq olaraq ürək testləri də daxil olmaqla hərtərəfli kliniki-instrumental müayinədən keçməlidirlər.
Sonda klinikanın həkim-rezidentlərilə birgə mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03

