TƏBİB-in tabeliyindəki müəssisələrə 2022-ci il üçün doktoranturaya və dissertanturaya qəbul elan edilir  
15.04.2022 15:37

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları” təsdiq edilmişdir. Qeyd edilən sərəncam əsasında TƏBİB-in tabeliyində olan elmi-tədqiqat institutları və mərkəzlərə 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edilir. 

 

Akad. C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:

  • Kardiologiya (3218.01) - 3 (qiyabi; ödənişli əsaslarla);

 

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:

  • Kardiologiya (3218.01) - 1 (büdcə hesabına);

 

Elmlər doktoru proqramı üzrə dissertanturaya:

  • Kardiologiya (3218.01) - 1 (büdcə hesabına).

 

Ünvan: Fətəli xan Xoyski 85, Bakı, Nərimanov, AZ1072

Telefon: (+994 12) 564-49-09, (+994 12) 564-49-72, (+994 12) 564-18-84

E-mail ünvanı: [email protected]

 

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:

  • Pediatriya (3220.01) 2 (əyani; büdcə hesabına);

 

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:

  • Pediatriya (3220.01) 4 (büdcə hesabına).

 

Ünvan: Bəsti Bağırova 17, Bakı, Yasamal, AZ1065

Telefon: (+994 12) 595-30-03, (+994 12) 594-79-25, (+994 12) 596-78-05

E-mail ünvanı: [email protected]

 

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:

  • Cərrahlıq (3213.01) 1 (qiyabi; ödənişli əsaslarla);

  • Anesteziologiya və reanimatologiya (3231.01) 2 (qiyabi; ödənişli əsaslarla);

 

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:

  • Cərrahlıq (3213.01) 1 (büdcə hesabına);

 

Elmlər doktoru proqramı üzrə doktoranturaya:

  • Ürək və damar cərrahlığı (3236.01) 1 (qiyabi; büdcə hesabına).

 

Ünvan: Abbas Mirzə Şərifzadə 196, Bakı, Yasamal, AZ1122

Telefon: +994 12 432 11 86 ; +994 12 432 18 30 ; +994 12 432 00 84

E-mail ünvanı: [email protected]

 

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:

 

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:

  • Travmatologiya və Ortopediya (3227.01) - 2 (büdcə hesabına);

 

Ünvan: Abbas Səhhət 32, Bakı, Nəsimi, AZ1007

Telefon: (+994 12) 440-53-21, (+994 12) 440-11-75.

E-mail ünvanı: [email protected]

 

Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutu 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:

  • Mamalıq və ginekologiya (3215.01) - 2 (1- əyani; büdcə hesabına; 1- qiyabi; büdcə hesabına);

 

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:

  • Mamalıq və ginekologiya (3215.01) 3 (büdcə hesabına);

 

Ünvan: Kazım Kazımzadə 118, Bakı, Yasamal, AZ1065

Telefon: (+994 12) 510-09-52, (+994 12) 510-09-51

E-mail ünvanı: [email protected]

 

Milli Hematologiya və Transfuziologiya Mərkəzi 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:

  • Hematologiya və qanköçürmə (3232.01) 2 (əyani; büdcə hesabına);

 

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:

  • Hematologiya və qanköçürmə (3232.01) - 5 (büdcə hesabına).

 

Ünvan: Mirəli Qaşqay 87, Bakı, AZ1007.

Telefon:  (012) 440 53 18

E-mail ünvanı: [email protected]

 

V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu 2022-ci il üçün doktoranturaya və dissertanturaya qəbul elan edir:

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:

  • Mikrobologiya (2414.01) - 5 (qiyabi; büdcə hesabına);

 

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:

  • Mikrobologiya (2414.01) - 3 (büdcə hesabına).

 

Ünvan: Cəfər Cabbarlı 37, Bakı, Yasamal, AZ1065

Telefon: (+994 12) 594-73-45, (+994 12) 594-69-31, (+994 12) 440-51-27

E-mail ünvanı: [email protected]

 

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 2022-ci il üçün üçün doktorantura və dissertanturaya qəbul elan edir:

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:

  • Mikrobiologiya (2414.01) 1 (qiyabi; büdcə hesabına);

  • Ftiziatriya (3228.01) 1 (qiyabi; büdcə hesabına);

  • Pulmonologiya (3235.01) 1 (qiyabi; büdcə hesabına);

 

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:

  • Mikrobiologiya (2414.01) 1 (büdcə hesabına);

  • Ftiziatriya (3228.01) 1 (büdcə hesabına);

  • Pulmonologiya (3235.01) 1 (büdcə hesabına);

 

Elmlər doktoru proqramı üzrə dissertanturaya:

  • Pulmonologiya (3235.01) - 1 (büdcə hesabına).

 

Ünvan: Məmmədəli Şərifli 161, Bakı, Nizami, AZ1118

Telefon: (+994 12) 421-20-73, (+994 12) 421-44-98, (+994 12) 421-21-71

E-mail ünvanı: [email protected]

 

Elmi- tədqiqat Tibbi Bərpa İnstitutu 2022-ci il üçün üçün doktorantura və dissertanturaya qəbul elan edir:

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:

  • Sinir xəstəlikləri (3223.01) - 1 (əyani; büdcə hesabına);

 

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:

  • Bərpa təbabəti, idman təbabəti, müalicəvi bədən tərbiyəsi, kurortologiya və fizioterapiya (3245.01) - 2 (büdcə hesabına).

 

Elmlər doktoru proqramı üzrə dissertanturaya:

  • Sinir xəstəlikləri (3223.01) - 1 (büdcə hesabına).

 

Ünvan: Xətai 9, Bakı, Nərimanov, AZ1008

Telefon: (+994 12) 496-07-06, (+994 12) 496-07-40

E-mail ünvanı: [email protected]

 

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün:

- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün:

- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı;

- «Fəlsəfə doktoru» və ya «Elmlər namizədi» elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Dissertantlıq yolu ilə təhsil almaq üçün:

- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

- «Elmlər doktoru» elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti; çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Qeyd: Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktorantura və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az sisteminə daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi 08 may 2022-ci il saat 23:59-a qədər davam edəcək. 

 

Qeydiyyat prosesi ilə əlaqədar əlavə məlumat üçün edu.gov.az keçidinə müraciət etməyiniz tövsiyə olunur.

ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Sağlamlıq haqqında tibbi arayışı elektron formada necə əldə etmək olar?
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
“Böyrək xəstəliklərinin diferensial diaqnostikası” adlı kitab işıq üzü görüb
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
TƏBİB Strateji inkişaf departamentinə böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı təcili yardım həkimi - Füzuli Abışov
Suraxanı Tibb Mərkəzinin terapevti Növrəstə Musayeva - Həkimlərimizi tanıyaq!
Azərbaycan-Türkiyə Pediatriya Günləri - Azərbaycan-Türkiyə səhiyyə əlaqələri daim yüksələn xətt üzrə inkişaf edir
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları