Şahdamar tıxanıqlığı zamanı balon və stentləmə əməliyyatları 
15.04.2022 12:12
Şahdamar (karotis) qanı beynimizə daşıyan ən böyük boyun arteriyamızdır. Şahdamarın daralması və tıxanması ölümlə nəticələnən ağırlaşmalara səbəb olur.
 
Aztibb.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev karotid arteriyada tıxanma və ya stenozu olan insanlarda insult ehtimalını minimuma endirmək üçün qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyindən danışıb.
 
O, bildirib ki, dərman müalicəsinin qeyri-kafi olduğu xəstələrdə toxumalara qan axınının artırılması və daralmış arteriyaların açılması məqsədi ilə balon və stentləmə əməliyyatları həyata keçirilə bilər. Prosedur zamanı ümumi anesteziya tətbiq edilmir. Xəstə oyaq olur və venadaxili müxtəlif sakitləşdirici dərmanların yeridilməsi ilə prosedura başlanır:
 
"Stent tətbiqi - kateter adlanan nazik uzun borularla qasıq venalarından girilərək həyata keçirilir. Bu kateterdən keçən üzərində balon olan bələdçi tel ilə darlıq sahəsinə çatılır və angioplastika adlanan əməliyyat icra edilir. Angioplastika, balonu şişirdərək damardakı darlığın azaldılması prosesidir. Daha sonra stenozun (darlığın) təkrarlanmaması üçün stent adlı xüsusi boru yerləşdirilir".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub