İcbari tibbi sığortanın tətbiqi ilə bağlı görüş keçirilib - Abşeronda
15.04.2022 11:40

Abşeron rayonunda icbari tibbi sığortanın tətbiqinə bir il bundan əvvəl başlanılıb. Ötən müddət ərzində insanların icbari tibbi sığortadan hansı şəkildə faydalanması, bu haqda məlumatlarının olub-olmaması, məmnunluğunun öyrənilməsi və onları maraqlandıran sualları cavablandırmaq məqsədilə Abşeron Rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana və İctimai Şura tərəfindən Masazır kəndində görüş keçirilib. Eyni zamanda ilkin baxış keçirilməsi üçün həkim mütəxəssislər cəlb edilib.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, Ailə Sağlamlıq Mərkəzində sözügedən görüş zamanı İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova icbari tibbi sığorta çərçivəsində görülən işlərlə yaxından tanış olub.

 

Məlum olub ki, insanların əksəriyyəti icbari tibbi sığortadan yararlana biliblər, çox məmnundurlar və eləcə də səhiyyə xidmətlərinin keyfiyyətinin artırıldığını qeyd ediblər.

 

İnsanları maraqlandıran bütün suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb