REA Bitki Fiziologiyası İnstitutunun direktoru AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovaya təbrik məktubu ünvanlayıb
15.04.2022 11:31

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 21 mart 2022-ci il tarixli sərəncamı ilə biologiya sahəsində tanınmış azərbaycanlı alim, Rusiya Elmlər Akademiyasının (REA) Bitki Fiziologiyası İnstitutunun laboratoriya rəhbəri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, Moskva Dövlət Universitetinin professoru, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru Süleyman Allahverdiyev elmin inkişafında böyük xidmətlərinə və çoxillik səmərəli fəaliyyətinə görə Rusiya Federasiyasının Əməkdar elm xadimi adına layiq görülüb.

 

Bu münasibətlə REA Bitki Fiziologiyası İnstitutunun direktoru Dmitriy Los AMEA-nın vitse-prezidenti İradə Hüseynovaya təbrik məktubu ünvanlayıb. Məktubun mətnini diqqətinizə çatdırırıq:

 

Çox hörmətli İradə xanım!

 

Rusiya Elmlər Akdemiyası Bitki Fiziologiyası İnstitutunun kollektivi və şəxsən öz adımdan sizi Süleyman Allahverdiyevin “Rusiya Federasiyasının Əməkdar Elm Xadimi” fəxri adına layiq görülməsi münasibətilə təbrik edirəm.

 

Biz əminik ki, Süleyman Allahverdiyevin bu yüksək ada layiq görülməsi həm də Azərbaycan Respublikasının xidmətidir. Bizim həmkarımız, onun görkəmli şəxsiyyət kimi yetişməsində həlledici rol oynayan böyük, müdrik və çiçəklənən ölkənizdə doğulub, tərbiyə alıb və yaradıcılığına akademik Cəlal Əliyevin rəhbərliyi altında başlayıb. Elmi tədqiqatlar yolunda ona Azərbaycan Milli Elmlər Akademiyası da əvəzsiz yardım və dəstək verib.

 

Süleyman Allahverdiyevin yüksək peşəkar əməyi Azərbaycan və Rusiya arasında məhsuldar əməkdaşlığın parlaq nümunəsidir. Sizə əməkdaşlığınıza görə təşəkkür edir və ümid edirik ki, qarşılıqlı cəhdlərimiz bizi daha böyük elmi qələbələrə doğru aparacaq.

 

Hörmətlə D.А. Los REA BFİ-nun direktoru, REA müxbir üzvü         

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib