Akademik Zərifə Əliyevanın xatirəsi anılıb
14.04.2022 21:07

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib.

 

Tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova, Milli Məclisin deputatı Kamaləddin Qafarov, TƏBİB aparatının məsul şəxsləri, Rayon İcra Hakimiyyətinin şöbə müdirləri, eləcə də Binəqədi rayonunda fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.

 

Əvvəlcə tədbir iştirakçıları Zərifə xanımın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

 

Daha sonra tədbir Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında davam edib. İlk olaraq Zərifə Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş sərgiyə baxış keçirilib, onun haqqında hazırlanmış sənədli film izlənilib.

 

Açılış nitqi ilə çıxış edən Vüsar İsmayılov akademik Zərifə xanım Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə edib. V.İsmayılov həkim peşəsini vicdanla yerinə yetirən oftalmoq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq, onun öz həmvətənilərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırıb.

 

Daha sonra çıxış edən Vüqar Qurbanov bildirib ki, respublikada regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektiv müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq istiqamətində Zərifə xanım Əliyevanın fəaliyyəti danılmazdır. Onun effektiv mübarizə üsulları təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyır.

 

Kəmaləddin Qafarov isə çıxışında Zərifə xanımın bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, onun əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb