Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı elmi-praktiki seminar keçirilib - Fotolar
14.04.2022 11:58
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən 12 aprel 2022-ci il tarixdə Yasamal rayon Heydər Əliyev Mərkəzində “İncəsənət ruhu oyadır” adlı elmi-praktiki seminar təşkil olunub. Seminarın məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların mədəniyyət və incəsənət vasitəsi ilə cəmiyyətə adaptasiya edilmələri üçün geniş şərait yaratmaqdır.
 
Aztibb.az xəbər verir ki, tədbirdə hökumət və qeyri-hökumət təşkilatlarının, müxtəlif qurumların nümayəndələri iştirak ediblər.
 
Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli, Ombusdman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin məsləhətçisi Şəbnəm Cəfərova və başqaları çıxış edərək bildiriblər ki, autizm spektr pozuntusu olan uşaqların cəmiyyətə inteqrasiya olunması prosesində bir sıra qurum və mütəxəssislərin müştərək fəaliyyət göstərməsi çox önəmlidir.
 
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Səbinə Babazadə çıxış edərək, cəmiyyətdə autizmlə bağlı daha geniş maarifləndirmənin aparılmasının zəruriliyini vurğulayıb və ictimai səhiyyə mütəxəssisləri tərəfindən valideynlərin maarifləndirilməsi ilə bağlı bir sıra işlər görüldüyünü, xüsusən sosial şəbəkələr vasitəsilə əhali arasında geniş təbliğat aparıldığını nəzərə çatdırıb.
 
Çıxışlarda qeyd olunub ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların digər insanlardan fərqləndirilməməsi, onların cəmiyyətin bərabərhüquqlu fərdləri kimi yaşaması, cəmiyyətə inteqrasiya olunmaları, komplekslərdən qurtulmaları üçün qurumlararası əməkdaşlığın genişləndirilməsi mühüm amildir.
 
Seminarın bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Əlisahib Bayramovun, “Mavi ürəklər” xor qrupunun (fortepianoda müşaiyət: Arzu Səmədqızı) ifaları dinlənilib, Heydər Əliyev muzeyinin ekspozisiyasına, tematik videoçarxına və autizm spektr pozuntusu olan uşaqların rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxılıb. Tədbirin son hissəsində isə qonaqlara “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən reabilitasiya mərkəzinın dəstəyi ilə autizm spektr pozuntusu olan uşaqlar tərəfindən hazırlanan müxtəlif təamlar təklif olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb