ÜST dünyada COVID-19-a yoluxanların sayının azaldığını bildirib
13.04.2022 08:43

Son bir həftə ərzində dünyada 7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 22 mindən çox insan dünyasını dəyişib.

 

Aztibb.az xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəli icmalında öz əksini tapıb.

 

Qeyd olunur ki, bundan öncəki həftəyə nisbətən ölənlərin sayı 18 faiz, yoluxanların sayı isə 24 faiz azalıb.

 

Ümumilikdə həftə ərzində 7 221 651 nəfər koronavirusa yoluxub, 22 336 nəfər vəfat edib.

 

Ən çox yuluxma halı Cənubi Koreyada, ən çox ölüm halı isə ABŞ-da qeydə alınıb: müvafiq olaraq 1 459 454 və 3 682 nəfər.

 

ÜST bildirir ki, koronavirusun "omikron" ştamı hələdə dünyada yoluxuculuq göstəricilərinə görə mütləq üstünlük təşkil edir. Belə ki, yoluxanların 99,2 faizində məhz bu ştam aşkarlanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır