ATU-da Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş keçirilib
12.04.2022 15:58

Bu gün Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndələri arasında görüş keçirilib.

 

Görüşdə iki qurum arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.

 

ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev çıxış edərək tələbələrin təhsil haqqının ödənilməsi üçün kredit fondunun yaradılmasının əhəmiyyətli olduğunu bildirib. Professor S.Əliyev qeyd edib ki, Prezidentin 17 noyabr 2021-ci il tarixli fərmanının icrası ilə bağlı Tibb Universitetində işçi qrup yaradılıb. Artıq 60-dan çox tələbə təhsil haqqının ödənilməsi üçün kredit alınması ilə bağlı komissiyaya müraciət edib.

 

Sonra Təhsil Tələbə Krediti Fondunun sədr müavini Bəhruz Əzimov qurumun fəaliyyəti haqqında görüş iştirakçılarını məlumatlandırıb. Bildirib ki, artıq 2021-2022 tədris ilinin payız semestri fondun yaratdığı portal üzərindən kreditlə bağlı müraciətlər qəbul olunub. B.Əzimov Təhsil Tələbə Krediti Fondunun iş prinsiplərini təbliğ etmək məqsədilə ali məktəblər və tələblərlə silsilə görüşlər keçirildiyini də deyib.

 

Görüşdə ATU-nun tədris şöbəsinin müdiri, dosent Kamandar Yaqubov, I müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov, İctimai Səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, Stomatologiya fakültəsini dekanı dosent Fərəh Mədətli, baş mühasib İlqar Mehrabov, aparıcı mühasib Məlahət Gülləri və mətbuat xidmətini rəhbəri Günel Aslanova iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib