Böyrək daşlarının təmizlənməsi üçün ən müasir metod sayılan perkutan nefrolitotomiya əməliyyatı
12.04.2022 15:07

Ən müasir və son model tibbi avadanlıqlarla təchiz edilmiş Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında hər cür əməliyyatlar uğurla icra edilir. Artıq neçə illərdir ki,  klinikanın təcrübəli həkimləri tərəfindən böyrək daşlarının çıxarılmasında ən çox yayılmış və müasir əməliyyat üsullardan istifadə edilir.

 

Aztibb.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinin həkimi Timurçin Məhərrəmbəyli bildirir ki, bu günlərdə klinikaya müraciət edən 31 yaşlı qadın pasiyentdə də belə əməliyyatın icrası vacib hesab edilib:

 

“Xəstə sol böyrək nahiyəsində olan ağrılar, tez-tez təkrarlanan sidik yolu infeksiyası, ürəkbulanma, ümumi zəiflik, halsızlıq şikayətləri ilə klinikaya müraciət etmişdi. Aparılan laborator və instrumental müayinələr nəticəsində xəstədə böyrək ləyənini və kasacıqları tamamilə dolduran 65mm*79mm ölçülərində mərcanvari və çoxsaylı daşlar aşkarlandı. Bu xəstənin böyrəyindəki daşın təmizlənməsi üçün ən uyğun və ən müasir metod sayılan perkutan nefrolitotomiya əməliyyatının həyata keçirilməsi qərara alındı. Əməliyyat nəticəsində daşlar tamamilə təmizləndi”.

 

T.Məhərrəmbəyli qeyd edir ki, bu, endoskopik perkutan nefrolitotomiya pnevmatik litotriptorun birbaşa təsiri ilə daşı xırda hissələrə parçalamağa və böyrəkdən təmizləməyə yönəlmiş az invaziv bir əməliyyat növüdür. Əməliyyat ümumi anesteziya altında həyata keçirilir. ATU-nun Tədris Cərrahiyyə Klinikasında icbari tibbi sığorta tətbiq olunduğundan, artıq bu tip əməliyyatları xəstəyə maddi problem yaratmadan icra etmək mümkün olur.

 

Böyük ölçülü və mərcanvari daşların böyrəkdən çıxarılmasında bu əməliyyatın effektivliyi sübut olunub. T.Məhərrəmbəyli böyrək ağrıları zamanı həkimə müraciət etməyi, vaxtında müayinə olunub müalicə almağı məsləhət görür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub