İftar və imsakda hansı yeməklərdən uzaq durmaq lazımdır? - Həkim məsləhəti
12.04.2022 10:25
Ramazan ayında qidalanma digər aylardan fərqlidir, belə ki, gündəlik normada 3-4 dəfə qidalandıığımız halda, bu ay gündə 2 dəfə qida qəbul edirik. Ona görə də, 17 saata qədər olan fasilədə qida qəbul etdiyimiz üçün enerjini daha az alırıq və bədənimizdə olan su balansının miqdarı da azalır. Maddələr mübadiləsi zəifləyir, insulinin miqdarı isə artır. Oruc tutan vaxt baş agrısı, halsızlıq, köp, həzm sistemi və böyrək problemləri əmələ gələ bilər. Odur ki, bu müqəddəs ayda düzgün qidalanmaq üçün bəzi qaydalara riayət etmək lazımdır.
 
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim endokrinoloqu Şəbnəm Əlirzayeva “Həkim məsləhəti” rubrikasında “Ramazan ayında hansı qidaları qəbul etmək faydalıdır?” sualını cavablandırarkən belə deyib. 
 
Həkimin sözlərinə görə, gündəlik qidalanmadan fərqli olaraq, özümüz üçün menyu tərtib etməli, lazımi qidaları bu menyuya daxil etməliyik. Hər şeydən əvvəl, iftarla imsak arasında orqanizmdə mayenin balansını nəzarətə almalı və tənzimləməliyik. Bu zaman 2-2,5 litr maye qəbul edilməlidir, belə olmazsa, bədəndə maye balansı pozulur, qan təzyiqi düşür, mədədə ağrılar olur, həzm sistemində problemlər meydana çıxır. Su ilə bərabər ayran, təzə sıxılmış meyvə-tərəvəz suları, mineral sular, bitki çaylarından da istifadə etmək olar. Bəzi insanlar imsakda səhv olaraq yalnız bir qədər su içməklə kifayətlənir, qida qəbul etmirlər. Bu, tamamilə səhvdir və müxtəlif fəsadlara yol aça bilər.
 
İftar və imsakda qızartma, qovurma, kolbasa, sosiska, çox yağlı və ədviyyatlı, duzlu yeməklərdən uzaq durmalıyıq. Bunlar daha çox susuzluğa səbəb olduğu üçün oruc tutmağı çətinləşdirir. İftarda həm yüksək enerji verən, həm də qan şəkərini sürətli şəkildə yüksəldən qidalar olan ağ çörək, plov, qızardılmış kartof kimi yeməklərin əvəzinə bulqur plovu, kəpəkli çörək kimi qidalara üstünlük verilir. İftarda həddən çox şərbətli, yağlı şirniyyatlar yerinə südlü və ya meyvəli şirniyyatlara həftədə 1-2 dəfə qəbul etmək şərtilə üstünlük verilir.
 
Yeməkləri yavaş-yavaş yemək və yaxşı çeynəmək lazımdır. Yeməklərin bişirilmə qaydaları da önəmlidir. Soyutma, qaynadılmış, sobada qızardılma qaydaları ilə hazırlanan yeməklərə önəm verilir. Ramazan ayında qan şəkərini sürətlə artıran un məmulatlarından da uzaq durmaq tövsiyə olunur. İftar və imsakda bulka, düşbərə, qutab, əriştə, xəngəl və s. yeməklərdən istifadə etməyin. Belə ki, bu qidalar köp əmələ gətirir, gec həzm olunur, qanda şəkəri yüksəldir və digər problemlərə yol açır.İftarda və imsakda omega 3-lə zəngin qozdan, badamdan da istifadə edin.
 
Allah oruc və dualarınızı qəbul etsin!
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub