Alzhemier xəstəliyinin qarşısını almaq üçün zehni fəaliyyəti artırmaq lazımdır
12.04.2022 09:11

Alzhemier xəstəliyinin qarşısını almaq üçün zehni fəaliyyətinizi artırın.

 

Bunu Akdeniz Universiteti Sağlamlıq Elmlər Fakültəsi, Gerontologiya kafedrasının müdiri, professor İ.Tufan deyib. O, qeyd edib ki, dünyada ən çox artan xəstəliklərdən biri demensiyanın növü olan Alzhemier xəstəliyidir. Demensiya ilə bağlı problemlər sonrakı illərdə daha çox artacaq. Hazırda universitetimizdə xəstəliyə qarşı gerontoloji tədqiqatlar aparılır.

 

Ehtiyatlı olmağın vacibliyini vurğulayan İ.Tufan, yaşlılarda toxumaq, düzgün qidalanmaq, kitab oxumaq kimi vərdişlərin formalaşmasının Alzhemier xəstəliyindən qorunmağın yeganə yolu olduğunu deyib. Tədqiqatlara görə toxuyan, qəzet, jurnal, kitab oxuyan yaşı 60-dan yuxarı olan insanlarda bu xəstəliyətutulma riski azdır.

 

Əqli aktivliyin artması Alzhemier xəstəliyindən əziyyət çəkənlər üçün də vacibdir. Qeyd edilənlərlə yanaşı qəbul etdiyimiz qidalara diqqət etmək, meyvə-tərəvəzlərə xüsusi yer vermək, siqaret çəkmək və spirtli içki qəbul etmək kimi zərərli vərdişlərdən uzaq durmaq və təbiətlə ünsiyyətdə olmaq lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub