ATU-nun rektoru I Azərbaycan-İtaliya Beynəlxalq Rinoloji Konqresinin iştirakçıları ilə görüşüb
11.04.2022 15:53

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli I Azərbaycan-İtaliya Beynəlxalq Rinoloji Konqresinin iştirakçıları ilə görüşüb. İtalyan nümayəndə heyəti ilə görüş zamanı konqresin yekunları ilə yanaşı, qarşılıqlı əməkdaşlıq perspektivləri barədə də müzakirələr aparılıb.

 

Bu barədə Aztibb.az-a universitetdən məlumat verilib.

 

Bildirilib ki, görüş zamanı professor Gəray Gəraybəyli Azərbaycanın ali tibb təhsili verən yeganə universiteti olan ATU-nun yaranma tarixindən, həmçinin ölkəmizdə səhiyyə sahəsində aparılan islahatlardan danışıb. Rektor  I Azərbaycan-İtaliya Beynəlxalq Rinoloji Konqresinin bu sahə ilə bağlı yeniliklərin və problemlərin müzakirəsindən başqa, iki ölkənin mütəxəssisləri arasında əlaqələrin qurulması baxımından da önəmli olduğunu vurğulayıb.

 

I Azərbaycan-İtaliya Rinoloji Konqresinin vitse-prezidenti, QBB kafedrasının professoru və müdiri, Beynəlxalq Otorinolarinqoloqlar Cəmiyyətləri Federasiyasının İdarə heyətinin üzvü Desiderio Passali rəhbərlik etdiyi nümayəndə heyəti adından konqresin təşkili ilə bağlı Azərbaycan tərəfinə, ATU-ya təşəkkür edib. O, həmçinin 120 ölkənin təmsil olunduğu Beynəlxalq Otorinolarinqoloqlar Cəmiyyəti Federasiyasının əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Desiderio Passal mütəxəssislər arasında bu cür görüş və müzakirələrin hər iki tərəf üçün faydalı olacağından əminliyini bildirib.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib