Virusa yoluxanların sayı getdikcə azalarsa, digər qadağalar da aradan qaldırılacaq
11.09.2020 12:33

Yeddi aylıq narahatlıq, qorxu  və təhlükəyə artıq son qoyuldu. Sərt karantin rejimi tədricən aradan qaldırıldı. Rayonlardan Bakı, Sumqayıt şəhərlərinə,  həmçinin Abşeron rayonuna gediş- gəliş qadağası aradan qaldırıldı. İctimai iaşə obyektlərinin fəaliyyəti bərpa olundu. İndi hər bir kəsin üzündə təbəssüm, sevinc açıq şəkildə özünü büruzə verir. Həyat davam edir. Sanki bütün işlərə yenidən başlanılıb, özü də böyük həvəs və ruh yüksəkliyi ilə.  Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bir sıra  yumşaldılmaların tətbiqinə qərar verilib.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunmuşdur.  Hələ 2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunan zaman xəbərdarlıq edildi ki, bu, vətəndaşları arxayınlaşdırmamalıdır. Əgər virusa yoluxanların sayı getdikcə azalarsa, digər qadağalar da aradan qaldırılacaq. Artıq hər birimiz bunun şahidiyik. Ona görə də mövcud vəziyyəti qoruyub saxlamaq üçün qaydalara əməl etməli, tibbi maskalardan istiufadə etməli, məsafə saxlamalıyıq.  

 

Hazırda dünyanın 230 -dən çox ölkəsində COVID-19 infeksiyası ilə mübarizə aparılır. Əksər ölkələrdə həyata keçirilən tədbirlərə baxmayaraq, dünyada koronavirus daşıyıcılarının və dünyasını dəyişənlərin sayı getdikcə artır.  Son məlumata görə virusa yoluxanların sayı 28 milyonu keçib. Bu faktlar dünyanın pandemiya ilə mübarizəyə hazırlıqlı olmadığını göstərdi. Azərbaycan bu virusdan ən az itki verən  ölkələrdəndir. Bunun da əsas səbəbi dövlətimizin başçısının insan amilinə verdiyi dəyərlə əlaqədardır.

 

Azərbaycanda pandemiyanın yayılma təhlükəsi ilə bağlı vəziyyət Prezident İlham Əliyev tərəfindən vaxtında və düzgün qiymətləndirildi, mühüm addımlar atıldı, lazımi tədbirlər görüldü. Azərbaycan hökuməti tərəfindən həyata keçirilən preventiv tədbirlər sayəsində epidemiyanın geniş yayılmasının qarşısını almaq mümkün oldu.

 

Əhalinin sağlamlığının qorunması istiqamətində Prezident İlham Əliyevin tapşırıqlarının və dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlərin müsbət nəticəsi bu gün özünü açıq şəkildə göstərir. Azərbaycan koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atmışdır. Məhdudlaşdırıcı tədbirlər yaranmış şəraitə uyğun aparılmışdır. Dövlət başçısının sərəncamı ilə bu ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış, mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə  dayandırılmış, ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilmişdir. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılmış, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edilmişdir. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılmışdır. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyətinin  tətbiqinə başlanıldı. Bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verildi.

 

Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq qurdu. Mart ayının əvvəlində təşkilatın mütəxəssislərini Azərbaycana dəvət edildi və  qısa müddətdə  bu dəvətə cavab verildi. Belə ki, martın 9-dan 13-nə kimi təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət ölkəmizdə səfərdə olmuşdur. Onlar respublikamızda  vəziyyətlə tanış olaraq, görülmüş işlərə müsbət qiymət vermişlər. Ekspert missiyasının hazırladığı hesabatda da öz əksini tapmış tövsiyələr aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alındı . Dövlət başçısnın tapşırığı ilə qısa müddət ərzində tikilmiş modul tipli xəstəxanalar pandemiya ilə mübarizədə mühüm rol oynadı. Ümumiyyətlə, ölkəmizdə əhalinin sağlamlığının qorunması daim dövlət başçısnın diqqət mərkəzində saxladığı prioritet sahələrdən olub.

 

Son 17 il ərzində Azərbaycanın səhiyyə sistemində köklü islahatlar aparılmış, əsaslı  işlər görülmüş, həkimlərin peşəkarlıq səviyyəsi yüksəlmiş, 750-dən çox səhiyyə ocağı tikilmiş və ya tam təmir olunmuşdur. Hər il ölkəmizdə 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir. Qısa müddət ərzində paytaxtda və  regionlarda  modul tipli xəstəxana tikilib istifadəyə verildi. Bu xəstəxanaların açılışında dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı əhalinin sağlamlığının diqqət mərkəzində saxlanılmasından xəbər verir.

 

Bu gün koronavirus epidemiyası ilə mübarizədə ön cəbhədə olanlara ən gözəl minnətdarlıq – özünütəcrid rejiminə riayət etməkdir. Biz bu qaydalara nə qədər ciddi və səmərəli riayət etsək, epidemiya ilə mübarizə aparan qardaş və bacılarımız adi həyat tərzinə və öz ailələrinin yanına bir o qədər tez qayıda bilər.

 

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub