"Şəfalı meyvə" kimi tanınan - Xurmanın insan orqanizminə faydası
11.04.2022 11:00

Ramazanda süfrəmizdən əskik etmədiyimiz xurmanın tərkibində lif olduğu kimi kalium, maqnezium, mis və B vitaminləri də mövcuddur. Tərkibindəki bu vitamin və minerallara görə xurma “şəfalı meyvə” kimi xarakterizə edilir. Xurma yüksək vitamin tərkibli olduğu üçün xüsusi ilə Ramazan ayında ona üstünlük verilir. Hesablamalara görə 3 ədəd xurmada orta hesabla 60 kilokalori var.

 

Aztibb.az tibbi saytlara istinadən bildirir ki, qidalanma və pəhriz mütəxəssisi Yeşim Özcan xurmanın yüksək şəkər tərkibli qida olduğu üçün şəkər xəstəliyindən əziyyət çəkənləri bu “şəfalı meyvəni” qəbul edərkən onun sayına diqqət yetirməyə çağırıb. Y.Özcan şəkər xəstəliyindən əziyyət çəkənlərin xurma yedikdən sonra qatıq, fındıq yaxud da qoz yeməyi də tövsiyə edib.

 

Xurmanın sağlamlığa olan faydasından danışan mütəxəssis bildirib ki, xurma metabolizmi gücləndirir, başağrısına qarşı effektlidir, qəbizlikdən qoruyur, əzələ ağrılarının aradan qaldırılmasına kömək edir, sümükləri gücləndirir, dərini gözəlləşdirir. Bundan əlavə xurma pəhriz saxlayanlar üçün də əvəzolunmaz meyvədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır