Yeməkdən sonra soyuq su içmək olmaz? - Həkim aydınlıq gətirdi
11.04.2022 09:37
İnsanlar arasında yanlış bir fikir var ki, yeməkdən (xüsusən yağlı yeməkdən) sonra soyuq su içmək olmaz. Onlar suyun yağı donduracağını və insanın kökələ biləcəyini düşünürlər. 
 
Aztibb.az xəbər verir ki, tanınmış həkim-reanimatoloq Şahin Məmmədov "Facebook"da bu barədə tövsiyələr verib.
 
Həkim bildirib ki, əksinə, yeməkdən dərhal sonra, xüsusən yağlı yeməkdən sonra su içmək lazımdır. Əvvəla ona görə ki, yağların həzmi üçün öd lazımdır. Ödün əsas hissəsi sudur, su içmək lazımdır ki, öd lazımı miqdarda istehsal olunub həzm sisteminə tökülsün, qatılaşıb daş əmələ gətirməsin:
 
"İkinci məsələ vitaminlərlə bağlıdır. Yağda həll olan vitaminlər - A,D,E və K. Qalan bütün vitaminlər suda həll olur. Xüsusilə B12 vitamini yalnız heyvani qidalardadır, o isə suda həll olan vitamindir. Yeməkdən sonra su içilməlidir ki bu vitaminlər sorula bilsin.
 
Üçüncü məsələ - zülalların da həzmi üçün su lazımdır. Məsələn, yediyiniz əti parçalamaq üçün əvvəlcə mədə şirəsindəki HCL turşusu zülalı yarır, arxasınca su girərək zülalı denaturasiyaya uğradır, qidanı homogen edərək həzmini asanlaşdırır".
 
Həkim əlavə edib ki, yeməkdən əvvəl də su içilməlidir. Bu, xüsusən arıqlamaq istəyənlər üçün aktualdır. Bir sözlə, imsakda və iftarda bol su içmək həzmi pozmur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub