Yoluxucu xəstəliklərlə mübarizəyə dair fikir mübadiləsi aparılıb
09.04.2022 13:17

TƏBİB-in İdarə Heyəti sədrinin əmri ilə yaradılmış “Yoluxucu xəstəliklərlə aparılan mübarizə və profilaktika tədbirlərinin təkmilləşdirilməsi üzrə İşçi Qrupu” ilə görüş keçirilib.

 

Görüşdə çıxış edən TƏBİB-in Strategiya və layihələrin icrasına nəzarət şöbəsinin məsləhətçisi Nahidə Mahmudova rəhbərlik tərəfindən 2022-ci il üçün qarşıya qoyulmuş prioritet məqsədləri vurğulayaraq, bu istiqamətdə nəzərdə tutulan işlərin həyata keçirilməsində, mövcud problemlərin aradan qaldırılmasında, yoluxucu xəstəliklərlə, o cümlədən pandemiya ilə mübarizədə İşçi Qrupunun fəaliyyətinin əhəmiyyətini qeyd edib.

 

Daha sonra İşçi qrupun sədri Vasif Abdullayev, üzvlərdən Nəzrin Mustafayeva, Turan İbrahimova və digərləri görülmüş, eyni zamanda cari işlərin vəziyyəti barədə məlumat verərək, rastlaşdıqları çətinlikləri və bu çətinliklərin həlli istiqamətində təkliflərini səsləndiriblər.

 

Sonda yoluxucu xəstəliklərlə mübarizə üzrə gələcək planlar müzakirə edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib